Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Qadınların işə qəbulunda ayrıseçkiliyə yola verilir
24.11.11 01:25

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında qadınların hüquqlarının qorunması və onlara hüquqi yardımın həyata keçirilməsi məqsədilə Şura yaradılıb. “KƏLAMİNFO”nun məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev verib. Onun sözlərinə görə, bu şura yerlərdən təqdim olunan şikayətlərin, əsasən də qadınların qarşılaşdığı problemlərin və ayrıseçkilik faktlarının araşdırılması üçün fəaliyyət göstərir. Bundan başqa, konfederasiyanın hüquq şöbəsinə də tapşırılıb ki, hüquqi müstəvidə problemləri olan qadınlara yardım edilsin: “Bu məsələdə qadınların həmkarlar təşkilatının üzvü olub-olmaması əsas deyil. İstənilən qadın bizə müraciət edərək, hüquq müstəvisində kömək ala bilər. Hətta həmin şöbə maddi tələb olmadan hüquqları pozulan qadınların vəkillə təmin olunmasına da kömək etməyə hazırdır”.S.Mehbalıyev deyib ki, Azərbaycanda qadınların işə qəbulu və hüquqları ilə bağlı problemlər var və bunun olmadığını demək yanlışlıqdır. Dövlət bu problemlərin həlli və tədbirlərin həyata keçirilməsi məqsədilə ayrıca struktur yaratmaqla yanaşı, müvafiq qanunvericilik bazası da formalaşdırıb: “Buna baxmayaraq, bəzi işəgötürənlər qadınların işə qəbulu prosesində ayrıseçkiliyə yola verirlər: “İşə götürənlər sonradan ailə və uşaq məsələləri ilə bağlı qarşıya çıxan məsələlərlə bağlı yaranacaq problemlərdən kompensasiya olunmaq üçün qadınların işə götürülməsində ayrıseçkilik edirlər. Əks cinsin nümayəndəsinə daha çox üstünlük verirlər”. S.Mehbalıyev qeyd edib ki, əmək qanunvericiliyinə görə, uşaqlı analar üçün iş prosesi zamanı güzəştlər tətbiq olunmalı və onların iş saatı az olmalıdır: “Əfsuslar olsun ki, bunlar çox zaman həyata keçirilmir. Buna baxmayaraq, konfederasiya qadınların hüquqlarının tanınması üçün müvafiq tədbirlərini davam etdirir. Həmkar təşkilatları sahəsində 15638 qadın çalışır. Bunların mindən çoxu isə həmkarlar təşkilatı komitələrinin sədrləridir. Həmişə çalışırıq ki, qadınlara onların hüquqlarını izah edək”.
URL / WWW
http://kelam.az/article/a-5263.html