Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Qadınların işə qəbulunda ayrıseçkiliyə yola verilir
    Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında qadınların hüquqlarının qorunması və onlara hüquqi yardımın həyata keçirilməsi məqsədilə Şura yaradılıb. “KƏLAMİNFO”nun məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev verib. Onun sözlərinə görə, bu şura yerlərdən təqdim olunan şikayətlərin, əsasən də qadınların qarşılaşdığı problemlərin və ayrıseçkilik faktlarının araşdırılması üçün fəaliyyət göstərir. Bundan başqa, konfederasiyanın hüquq şöbəsinə də tapşırılıb ki, hüquqi müstəvidə problemləri olan qadınlara yardım edilsin: “Bu məsələdə qadınların həmkarlar təşkilatının üzvü olub-olmaması əsas deyil. İstənilən qadın bizə müraciət edərək, hüquq müstəvisində kömək ala bilər. Hətta həmin şöbə maddi tələb olmadan hüquqları pozulan qadınların vəkillə təmin olunmasına da kömək etməyə hazırdır”.

    S.Mehbalıyev deyib ki, Azərbaycanda qadınların işə qəbulu və hüquqları ilə bağlı problemlər var və bunun olmadığını demək yanlışlıqdır. Dövlət bu problemlərin həlli və tədbirlərin həyata keçirilməsi məqsədilə ayrıca struktur yaratmaqla yanaşı, müvafiq qanunvericilik bazası da formalaşdırıb: “Buna baxmayaraq, bəzi işəgötürənlər qadınların işə qəbulu prosesində ayrıseçkiliyə yola verirlər: “İşə götürənlər sonradan ailə və uşaq məsələləri ilə bağlı qarşıya çıxan məsələlərlə bağlı yaranacaq problemlərdən kompensasiya olunmaq üçün qadınların işə götürülməsində ayrıseçkilik edirlər. Əks cinsin nümayəndəsinə daha çox üstünlük verirlər”. S.Mehbalıyev qeyd edib ki, əmək qanunvericiliyinə görə, uşaqlı analar üçün iş prosesi zamanı güzəştlər tətbiq olunmalı və onların iş saatı az olmalıdır: “Əfsuslar olsun ki, bunlar çox zaman həyata keçirilmir. Buna baxmayaraq, konfederasiya qadınların hüquqlarının tanınması üçün müvafiq tədbirlərini davam etdirir. Həmkar təşkilatları sahəsində 15638 qadın çalışır. Bunların mindən çoxu isə həmkarlar təşkilatı komitələrinin sədrləridir. Həmişə çalışırıq ki, qadınlara onların hüquqlarını izah edək”.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 352
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30