Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Milli Məclisdə Türkiyə Böyük Millət Məclisinin xarici işlər komissiyasının üzvləri ilə görüş keçirilib
23.11.11 01:53

Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində Türkiyə Böyük Millət Məclisinin xarici işlər komissiyasının üzvləri ilə görüş keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Komitə sədri Səməd Seyidov qonaqları salamlayaraq, parlamentlərarası əlaqələrimizin yüksək səviyyədə olduğunu söyləyib. O, Azərbaycan-Türkiyə münasibətlərinin regionda inkişaf, sabitlik rəmzi olduğunu qeyd edərək, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib. Qardaş ölkəylə eyni dəyərlərə malik olduğumuzu, bugünkü inkişafımızın bütün dünya üçün nümunə olduğunu deyib. Qeyd edilib ki, xalqlarımız daim sülh, barış tərəfdarı olmasına baxmayaraq, əsrlər boyu terrorla, haqsızlıqla üzləşib, amma bir-birimizə həmişə dəstək olub bütün çətinliklərin öhdəsindən uğurla gəlmişik. S.Seyidov Ermənistanla bağlanan protokolların bu günə qədər ratifikasiya edilmədiyinə görə həmkarlarına minnətdarlıq edib. Görüşdə nümayəndə heyətinin rəhbəri, TBMM-nin Xarici işlər komissiyasının sədri Volkan Bozkır səmimi qəbula görə minnətdarlığını bildirərək, Azərbaycanın Türkiyə üçün ən önəmli strateji tərəfdaş olduğunu vurğulayıb. O, uğurlu siyasət nəticəsində Azərbaycanın müstəqilliyinin 20-ci ildönümündə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul edilməsinin çox böyük uğur olduğunu xüsusi qeyd edib. Qonaq səfərin məqsədinin dövlətlərimiz arasında əlaqələri daha da inkişaf etdirmək olduğunu söyləyib. TBMM üzvü Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarmadığı təqdirdə Ermənistanla sərhədlərin heç vaxt açılmayacağını bir daha vurğulayıb. Son zamanlar ölkəsində baş verən təbii fəlakətlərdə göstərdiyi yardıma görə xalqımıza və dövlətimizə minnətdarlığını bildirib. Çıxış zamanı Azərbaycandan olan deputatlar Vanda baş verən zəlzələ və PKK terrorçularının hücumu nəticəsində həlak olan vətəndaşlara görə üzüldüklərini bildiriblər. Terrora qarşı mübarizədə qüvvələrimizi birləşdirməyin vacibliyi vurğulanıb. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılıb.
URL / WWW
http://kelam.az/article/a-5250.html