Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Milli Məclisdə Türkiyə Böyük Millət Məclisinin xarici işlər komissiyasının üzvləri ilə görüş keçirilib
    Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində Türkiyə Böyük Millət Məclisinin xarici işlər komissiyasının üzvləri ilə görüş keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Komitə sədri Səməd Seyidov qonaqları salamlayaraq, parlamentlərarası əlaqələrimizin yüksək səviyyədə olduğunu söyləyib. O, Azərbaycan-Türkiyə münasibətlərinin regionda inkişaf, sabitlik rəmzi olduğunu qeyd edərək, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib. Qardaş ölkəylə eyni dəyərlərə malik olduğumuzu, bugünkü inkişafımızın bütün dünya üçün nümunə olduğunu deyib. Qeyd edilib ki, xalqlarımız daim sülh, barış tərəfdarı olmasına baxmayaraq, əsrlər boyu terrorla, haqsızlıqla üzləşib, amma bir-birimizə həmişə dəstək olub bütün çətinliklərin öhdəsindən uğurla gəlmişik. S.Seyidov Ermənistanla bağlanan protokolların bu günə qədər ratifikasiya edilmədiyinə görə həmkarlarına minnətdarlıq edib.

    Görüşdə nümayəndə heyətinin rəhbəri, TBMM-nin Xarici işlər komissiyasının sədri Volkan Bozkır səmimi qəbula görə minnətdarlığını bildirərək, Azərbaycanın Türkiyə üçün ən önəmli strateji tərəfdaş olduğunu vurğulayıb. O, uğurlu siyasət nəticəsində Azərbaycanın müstəqilliyinin 20-ci ildönümündə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul edilməsinin çox böyük uğur olduğunu xüsusi qeyd edib. Qonaq səfərin məqsədinin dövlətlərimiz arasında əlaqələri daha da inkişaf etdirmək olduğunu söyləyib. TBMM üzvü Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarmadığı təqdirdə Ermənistanla sərhədlərin heç vaxt açılmayacağını bir daha vurğulayıb. Son zamanlar ölkəsində baş verən təbii fəlakətlərdə göstərdiyi yardıma görə xalqımıza və dövlətimizə minnətdarlığını bildirib. Çıxış zamanı Azərbaycandan olan deputatlar Vanda baş verən zəlzələ və PKK terrorçularının hücumu nəticəsində həlak olan vətəndaşlara görə üzüldüklərini bildiriblər. Terrora qarşı mübarizədə qüvvələrimizi birləşdirməyin vacibliyi vurğulanıb. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 343
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30