Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi mexanizmləri ilə bağlı hökumətə yeni təklif hazırlanıb
21.11.11 19:49

Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurası elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı hökumətə təklif hazırlayıb. Bu barədə açıqlamanı “KƏLAMİNFO”ya müsahibəsində Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının elmi katibi Əminağa Sadıqov deyib. Təklifin yaxın gələcəkdə Nazirlər Kabinetinə təqdim ediləcəyini diqqətə çatdıran Ə.Sadıqov xatırladıb ki, elmi-tədqiqat işlərinin maliyyə bölgüsü hələlik mərkəzləşmiş qaydada aparılmır: “Məsələn, dövlət büdcəsindən ayrılan vəsait birbaşa hansısa təşkilata ayrılır. Biz onun əleyhinə deyilik, sadəcə o vəsaitin ayrılması şuranın təqdimatı əsasında həyata keçirilsə yaxşı olar”,-deyən Ə.Sadıqov deyib ki, ayrılan vəsait görülən işlərin həcminə uyğun olmalıdır: “Hesab edirik ki, Neft Akademiyası, yaxud şərti olaraq Bakı Dövlət Universitetinə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi ilə bağlı ayrılan vəsaitin həcmi Əlaqələndirmə Şurasında müzakirə olunsun və maliyyə görülən işlərin həcminə uyğun ayrılsın. Yəni şuranın rəyi orada nəzərə alınsın. Vəsait birbaşa ayrılsın, amma təqdimat şura tərəfindən həyata keçirilsin”,-deyən Ə.Sadıqov hesab edir ki, bu problemlərin şura tərəfindən əlaqələndirilməsi elm sahəsində aparılan islahatların, görülən işlərin səmərəliliyini artıracaq. Elmin İnkişafı üzrə Milli Strategiyada şuranın hüquqi səlahiyyətlərinin genişləndirilməsinin əks edildiyini xatırladan Ə.Sadıqov bildirib ki, bu təkliflər elmin inkişafına xidmət edəcək: “Məsələn, şura qərara gəlir ki, hansısa tədqiqat işi ümumiyyətlə plandan çıxarılsın. Belə olduğu təqdirdə buna uyğun ayrılan maliyyə vəsaiti də ixtisar olunmalıdır. Digər tərəfdən, hansısa təşkilata elmi-tədqiqat işinin aparılması ilə bağlı maliyyə vəsaiti ayrılıb. Təşkilatın aralıq hesabatından bəzən məlum olur ki, həmin işi apara bilməyiblər, yaxud ortaya hansısa problemlər çıxıb. O zaman şura müdaxilə edə, o işin dayandırılması, iş görülmürsə, ümumiyyətlə vəsaitin ora ayrılmaması barədə təqdimat edə bilər. Bundan başqa, tutaq ki, qərar qəbul edilib və vəsait ayrıb, o zaman onun geri çağırılma mexanizmi yoxdur. Yəni bu mexanizm hələlik işləmədiyi üçün bunlar bir az Əlaqələndirmə Şurasının fəaliyyətinə mənfi təsir göstərir. Ona görə də, istərdik ki, Maliyyə Nazirliyi büdcə işlənən vaxt şuranın rəyini əsas götürsün. Bunlar təkliflərdə də var”,-deyə Ə.Sadıqov təkliflərini belə əsaslandırıb.
URL / WWW
http://kelam.az/article/a-5245.html