Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi mexanizmləri ilə bağlı hökumətə yeni təklif hazırlanıb
    Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurası elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı hökumətə təklif hazırlayıb. Bu barədə açıqlamanı “KƏLAMİNFO”ya müsahibəsində Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının elmi katibi Əminağa Sadıqov deyib. Təklifin yaxın gələcəkdə Nazirlər Kabinetinə təqdim ediləcəyini diqqətə çatdıran Ə.Sadıqov xatırladıb ki, elmi-tədqiqat işlərinin maliyyə bölgüsü hələlik mərkəzləşmiş qaydada aparılmır: “Məsələn, dövlət büdcəsindən ayrılan vəsait birbaşa hansısa təşkilata ayrılır. Biz onun əleyhinə deyilik, sadəcə o vəsaitin ayrılması şuranın təqdimatı əsasında həyata keçirilsə yaxşı olar”,-deyən Ə.Sadıqov deyib ki, ayrılan vəsait görülən işlərin həcminə uyğun olmalıdır:

    “Hesab edirik ki, Neft Akademiyası, yaxud şərti olaraq Bakı Dövlət Universitetinə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi ilə bağlı ayrılan vəsaitin həcmi Əlaqələndirmə Şurasında müzakirə olunsun və maliyyə görülən işlərin həcminə uyğun ayrılsın. Yəni şuranın rəyi orada nəzərə alınsın. Vəsait birbaşa ayrılsın, amma təqdimat şura tərəfindən həyata keçirilsin”,-deyən Ə.Sadıqov hesab edir ki, bu problemlərin şura tərəfindən əlaqələndirilməsi elm sahəsində aparılan islahatların, görülən işlərin səmərəliliyini artıracaq. Elmin İnkişafı üzrə Milli Strategiyada şuranın hüquqi səlahiyyətlərinin genişləndirilməsinin əks edildiyini xatırladan Ə.Sadıqov bildirib ki, bu təkliflər elmin inkişafına xidmət edəcək: “Məsələn, şura qərara gəlir ki, hansısa tədqiqat işi ümumiyyətlə plandan çıxarılsın. Belə olduğu təqdirdə buna uyğun ayrılan maliyyə vəsaiti də ixtisar olunmalıdır. Digər tərəfdən, hansısa təşkilata elmi-tədqiqat işinin aparılması ilə bağlı maliyyə vəsaiti ayrılıb. Təşkilatın aralıq hesabatından bəzən məlum olur ki, həmin işi apara bilməyiblər, yaxud ortaya hansısa problemlər çıxıb. O zaman şura müdaxilə edə, o işin dayandırılması, iş görülmürsə, ümumiyyətlə vəsaitin ora ayrılmaması barədə təqdimat edə bilər. Bundan başqa, tutaq ki, qərar qəbul edilib və vəsait ayrıb, o zaman onun geri çağırılma mexanizmi yoxdur. Yəni bu mexanizm hələlik işləmədiyi üçün bunlar bir az Əlaqələndirmə Şurasının fəaliyyətinə mənfi təsir göstərir. Ona görə də, istərdik ki, Maliyyə Nazirliyi büdcə işlənən vaxt şuranın rəyini əsas götürsün. Bunlar təkliflərdə də var”,-deyə Ə.Sadıqov təkliflərini belə əsaslandırıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 336
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30