Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » AZADİNFORM-un layihəsi başa çatdı
24.12.09 23:46

AZADİNFORM İnformasiya Agentliyi Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icra vəziyyətinin işıqlandırılmasında yerli mətbuatın fəaliyyətinin dəstəklənməsi layihəsini uğurla başa çatdırdı. Bu barədə redaksiyada keçirilən mətbuat konfransında məlumat verən AZADİNFORM İnformasiya Agentliyinin redaktoru, layihənin rəhbəri Niyaz Niftiyev 4 aylıq (sentyabr-dekabr) layihə çərçivəsində respublikanın 7 rayonunda fəaliyyət göstərən qəzetlərdə görüşlər və təlimlər keçirdiklərini bildirib. N.Niftiyev əlavə edib ki, hər bir rayonda keçirilən görüşdə İcra Hakimiyyətləri, QHT təmsilçiləri və ictimaiyyət nümayəndələri, təlimlərdə isə redaksiyaların əməkdaşları iştirak edib. N.Niftiyev layihə çərçivəsində Yardımlıda “Zirvə”, Masallıda “Cənub xəbərləri”, “Yeni həyat”, Biləsuvarda “Məhsul”, “Region press”, Lənkəranda “Lənkəran”, Lerikdə “Lerik”, Cəlilabadda isə “Yeni gün” qəzetlərinin monitorinqini apardıqlarını bildirib. “Monitorinq zamanı sözügedən qəzetlərdə Dövlət Proqramının icra vəziyyətinin işıqlandırılması və nəşrlərin dövrlüyü nəzərdən keçirilib. Sözügedən qəzetlərdə Dövlət Proqramının icra vəziyyətinin işıqlandırılması, nəşrlərin dövrlüyü, əməkdaşları, texniki avadanlıqların səviyyəsi nəzərdən keçirilib”,-deyən N.Niftiyev layihə çərçivəsində çap olunan bukletlərin və digər təlim vəsaitlərinin yerli jurnalistlər arasında paylandığını vurğulayıb. Onun sözlərinə görə, çap olunan bukletlər həmçinin regionların sosial-iqtisadi inkişafına cəlb olunmuş müvafiq dövlət qurumlarına, onların yerli təşkilatlarına paylanıb, bununla da istənilən təşkilatın region mətbuatı haqqında məlumat əldə etmə çətinliyinin aradan qalxmasına səy göstərilib. N.Niftiyev layihə çərçivəsində www.azadinform.az internet saytında “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icra vəziyyətinin işıqlandırılmasında yerli mətbuatın fəaliyyətinin dəstəklənməsi adlı rubrika yaradıldığını, burada regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı, digər dövlət sənədləri, layihə ilə bağlı məqalələr, informasiyaların yerləşdirildiyini söyləyib. Onun sözlərinə görə, rayonlarda keçirilən görüşlərdə əyalət mətbuatının kifayət qədər problemləri olduğu aydınlaşıb. “Gənclərin əyalət mətbuatında işləməyə maraqlarının olmadığı müşahidə edilib. Bununla yanaşı, əyalət mətbuatında çalışanlar keçirilən bu kimi tədbirlərdən həvəsləndiklərini bildiriblər. Görüşlərdən sonra aparılan qiymətləndirmə zamanı tədbir iştirakçıları Fondun fəaliyyəti və həyata keçirilən layihənin müsbət əhəmiyyətini vurğulayıblar”,-deyə layihə rəhbəri əlavə edib. N.Niftiyev təlimlərdə iştirak edən əyalət mətbuatı nümayəndələrinin regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət siyasətinin mahiyyəti, əsas istiqamətləri, icra mexanizmləri, o cümlədən Dövlət Proqramının məqsəd və vəzifələri, mərhələləri, hazırkı icra vəziyyəti ilə bağlı biliklərinin artırıldığını söyləyib. Sonda N.Niftiyev layihənin icrası ilə bağlı AZADİNFORM-da 70-dən çox, “Kaspi”, “Paritet”, “Palitra” qəzetlərində, “Səs” İnformasiya Agentliyi və “Kəlam” jurnalının internet saytında isə ümumilikdə 50-dən çox məqalənin işıq üzü gördüyünü vurğuladı. Layihə rəhbəri səmərəli əməkdaşlığa görə, sözügedən KİV rəhbərlərinə minnətdarlığını ifadə etdi.
URL / WWW
http://kelam.az/article/a-514.html