Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    AZADİNFORM-un layihəsi başa çatdı
    AZADİNFORM İnformasiya Agentliyi Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icra vəziyyətinin işıqlandırılmasında yerli mətbuatın fəaliyyətinin dəstəklənməsi layihəsini uğurla başa çatdırdı.

    Bu barədə redaksiyada keçirilən mətbuat konfransında məlumat verən AZADİNFORM İnformasiya Agentliyinin redaktoru, layihənin rəhbəri Niyaz Niftiyev 4 aylıq (sentyabr-dekabr) layihə çərçivəsində respublikanın 7 rayonunda fəaliyyət göstərən qəzetlərdə görüşlər və təlimlər keçirdiklərini bildirib. N.Niftiyev əlavə edib ki, hər bir rayonda keçirilən görüşdə İcra Hakimiyyətləri, QHT təmsilçiləri və ictimaiyyət nümayəndələri, təlimlərdə isə redaksiyaların əməkdaşları iştirak edib. N.Niftiyev layihə çərçivəsində Yardımlıda “Zirvə”, Masallıda “Cənub xəbərləri”, “Yeni həyat”, Biləsuvarda “Məhsul”, “Region press”, Lənkəranda “Lənkəran”, Lerikdə “Lerik”, Cəlilabadda isə “Yeni gün” qəzetlərinin monitorinqini apardıqlarını bildirib. “Monitorinq zamanı sözügedən qəzetlərdə Dövlət Proqramının icra vəziyyətinin işıqlandırılması və nəşrlərin dövrlüyü nəzərdən keçirilib. Sözügedən qəzetlərdə Dövlət Proqramının icra vəziyyətinin işıqlandırılması, nəşrlərin dövrlüyü, əməkdaşları, texniki avadanlıqların səviyyəsi nəzərdən keçirilib”,-deyən N.Niftiyev layihə çərçivəsində çap olunan bukletlərin və digər təlim vəsaitlərinin yerli jurnalistlər arasında paylandığını vurğulayıb. Onun sözlərinə görə, çap olunan bukletlər həmçinin regionların sosial-iqtisadi inkişafına cəlb olunmuş müvafiq dövlət qurumlarına, onların yerli təşkilatlarına paylanıb, bununla da istənilən təşkilatın region mətbuatı haqqında məlumat əldə etmə çətinliyinin aradan qalxmasına səy göstərilib. N.Niftiyev layihə çərçivəsində www.azadinform.az internet saytında “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icra vəziyyətinin işıqlandırılmasında yerli mətbuatın fəaliyyətinin dəstəklənməsi adlı rubrika yaradıldığını, burada regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı, digər dövlət sənədləri, layihə ilə bağlı məqalələr, informasiyaların yerləşdirildiyini söyləyib. Onun sözlərinə görə, rayonlarda keçirilən görüşlərdə əyalət mətbuatının kifayət qədər problemləri olduğu aydınlaşıb. “Gənclərin əyalət mətbuatında işləməyə maraqlarının olmadığı müşahidə edilib. Bununla yanaşı, əyalət mətbuatında çalışanlar keçirilən bu kimi tədbirlərdən həvəsləndiklərini bildiriblər. Görüşlərdən sonra aparılan qiymətləndirmə zamanı tədbir iştirakçıları Fondun fəaliyyəti və həyata keçirilən layihənin müsbət əhəmiyyətini vurğulayıblar”,-deyə layihə rəhbəri əlavə edib. N.Niftiyev təlimlərdə iştirak edən əyalət mətbuatı nümayəndələrinin regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət siyasətinin mahiyyəti, əsas istiqamətləri, icra mexanizmləri, o cümlədən Dövlət Proqramının məqsəd və vəzifələri, mərhələləri, hazırkı icra vəziyyəti ilə bağlı biliklərinin artırıldığını söyləyib. Sonda N.Niftiyev layihənin icrası ilə bağlı AZADİNFORM-da 70-dən çox, “Kaspi”, “Paritet”, “Palitra” qəzetlərində, “Səs” İnformasiya Agentliyi və “Kəlam” jurnalının internet saytında isə ümumilikdə 50-dən çox məqalənin işıq üzü gördüyünü vurğuladı. Layihə rəhbəri səmərəli əməkdaşlığa görə, sözügedən KİV rəhbərlərinə minnətdarlığını ifadə etdi.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 602
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30