Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycan nümayəndə heyəti Mərakeşdə BMT-nin Korrupsiyaya qarşı sessiyasında iştirak edib
01.11.11 19:42

Mərakeş Krallığının Mərrakeş şəhərində BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının Konfransının 4-cü sessiyası keçirilib. Konfransda Konvensiyaya tərəf 154 dövləti, həmçinin müşahidəçi statusuna malik dövlətlər, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatlarını təmsil edən 1600-dən çox nümayəndə iştirak edib. Baş Prokurorluqdan “KƏLAMİNFO”ya verilən məlumata görə, sessiyada Azərbaycanı Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, baş prokurorun müavini Namiq Əsgərov, Azərbaycanın Mərakeş Krallığındakı səfiri Sabir Ağabəyov, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi İnam Kərimov, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev təmsil ediblər. Konfransın 4-cü sessiyasında BMT-nin korrupsiya əleyhinə Konvensiyasının icrasına nəzarət mexanizmləri, texniki yardım, aktivlərin geri qaytarılması, preventiv tədbirlər və digər sahələr üzrə müzakirələr aparılıb. Nümayəndə heyətinin rəhbəri F.Ələsgərov konfransda çıxış edib, Azərbaycanda korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması sahəsində həyata keçirilən tədbirlər və əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat verib. O korrupsiyaya qarşı mübarizə məsələlərinin Azərbaycan Prezidenti tərəfindən dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirildiyini vurğulayıb. Konfrans çərçivəsində ölkəmizin nümayəndə heyəti tədbirdə iştirak edən bir sıra dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirib. BMT-nin baş katibinin müavini, BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov ilə keçirilən görüşdə korrupsiya ilə mübarizə sahəsində əməkdaşlığın perspektivləri, BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin Bakıda regional ofisinin açılması müzakirə edilib, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin daha da gücləndirilməsi üçün səyləri birləşdirməyin zəruriliyi qeyd olunub. Mərkəzi qərargahı Avstriyada yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasının rəhbərliyi ilə keçirilən görüşdə akademiya ilə birgə tədbirlərin və dərslərin təşkili, təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib. Həmçinin digər beynəlxalq təşkilatlar, o cümlədən Transparency İnternational təşkilatı və Parlament üzvlərinin korrupsiyaya qarşı Qlobal Təşkilatının (GOPAC) nümayəndələri ilə görüşlər keçirilib, Azərbaycan ilə təşkilatlar arasında birgə tədbirlərin təşkili, əməkdaşlığın gücləndirilməsi istiqamətində danışıqlar aparılıb. Konfransın növbəti sessiyasının 2013-cü ildə Panamada keçirilməsi qərara alınıb və növbəti sessiyanın ilkin gündəliyi qəbul edilib.
URL / WWW
http://kelam.az/article/a-5102.html