Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Azərbaycan nümayəndə heyəti Mərakeşdə BMT-nin Korrupsiyaya qarşı sessiyasında iştirak edib
    Mərakeş Krallığının Mərrakeş şəhərində BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının Konfransının 4-cü sessiyası keçirilib. Konfransda Konvensiyaya tərəf 154 dövləti, həmçinin müşahidəçi statusuna malik dövlətlər, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatlarını təmsil edən 1600-dən çox nümayəndə iştirak edib. Baş Prokurorluqdan “KƏLAMİNFO”ya verilən məlumata görə, sessiyada Azərbaycanı Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, baş prokurorun müavini Namiq Əsgərov, Azərbaycanın Mərakeş Krallığındakı səfiri Sabir Ağabəyov, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi İnam Kərimov, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev təmsil ediblər.

    Konfransın 4-cü sessiyasında BMT-nin korrupsiya əleyhinə Konvensiyasının icrasına nəzarət mexanizmləri, texniki yardım, aktivlərin geri qaytarılması, preventiv tədbirlər və digər sahələr üzrə müzakirələr aparılıb. Nümayəndə heyətinin rəhbəri F.Ələsgərov konfransda çıxış edib, Azərbaycanda korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması sahəsində həyata keçirilən tədbirlər və əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat verib. O korrupsiyaya qarşı mübarizə məsələlərinin Azərbaycan Prezidenti tərəfindən dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirildiyini vurğulayıb. Konfrans çərçivəsində ölkəmizin nümayəndə heyəti tədbirdə iştirak edən bir sıra dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirib. BMT-nin baş katibinin müavini, BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov ilə keçirilən görüşdə korrupsiya ilə mübarizə sahəsində əməkdaşlığın perspektivləri, BMT-nin Narkotik və Cinayətkarlıq üzrə İdarəsinin Bakıda regional ofisinin açılması müzakirə edilib, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin daha da gücləndirilməsi üçün səyləri birləşdirməyin zəruriliyi qeyd olunub. Mərkəzi qərargahı Avstriyada yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasının rəhbərliyi ilə keçirilən görüşdə akademiya ilə birgə tədbirlərin və dərslərin təşkili, təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib. Həmçinin digər beynəlxalq təşkilatlar, o cümlədən Transparency İnternational təşkilatı və Parlament üzvlərinin korrupsiyaya qarşı Qlobal Təşkilatının (GOPAC) nümayəndələri ilə görüşlər keçirilib, Azərbaycan ilə təşkilatlar arasında birgə tədbirlərin təşkili, əməkdaşlığın gücləndirilməsi istiqamətində danışıqlar aparılıb. Konfransın növbəti sessiyasının 2013-cü ildə Panamada keçirilməsi qərara alınıb və növbəti sessiyanın ilkin gündəliyi qəbul edilib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 292
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30