Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Türkdilli ölkələrin və toplumların II Media Forumuna hazırlıq işləri yekunlaşmaq üzrədir
24.10.11 19:53

“Türkdilli ölkələr və toplumların II Media Forumuna hazırlıq işləri davam edir. Tədbirə Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Rusiyanın türkdilli xalqlar yaşayan Tatarıstan, Başqırdıstan, Qaraçay-Çərkəz, Kabardin-Balkar, Tuva, Saxa respublikalarından, Ukraynanın Krım Muxtar Vilayətindən, Moldovanın Qaqauz Muxtar Ərazisindən, eləcə də Avropanın türklərlə bağlı və onların kampakt yaşadığı ölkələrindən media qurumları təmsilçilərinin qatılmaları nəzərdə tutulur. Artıq nümayəndələrin tam əksəriyyətinin forumda iştirakı təsdiqlənib və bununla əlaqədar zəruri prosedur işlər həyata keçirilib. Ümid edirik ki, türk dünyası üçün müstəsna əhəmiyyət daşıyacaq bu toplantının yüksək səviyyədə təşkilini reallaşdıra biləcəyik”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. MŞ sədri bildirib ki, Türkdilli ölkələrin və toplumların II Media Forumu rəhbərlik etdiyi qurum və Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə baş tutacaq. Toplantıda başlıca titul mövzu “Qloballaşan dünyada türkdilli media faktoru: fərqliliklər və ortaq maraqlar” olacaq. 60-a yaxın xarici qonağın qatılacağı tədbirdə iştirakçıların ümumi sayı 200-dən çoxdur. Diqqəti forumun iş planına yönəldən Ə.Amaşov həmçinin vurğulayıb ki, ilk dəfə olaraq türk dünyasından rekord sayda media nümayəndəsi bir yerə - Azərbaycana, ölkənin paytaxtı Bakıya toplaşacaq və bu, işimizin xüsusi əlamətdar cəhətlərindəndir. Onun sözlərinə görə, forum oktyabrın 28-i “Kempinski Hotel Badamdar” Kompleksində keçiriləcək: “Hazırda gündəliyin dəqiqləşdirilməsi istiqamətində işlərimizi yekunlaşdırmaqdayıq. Belə düşünürük ki, toplantıda ilk olaraq türk dünyasında medianın xarakterik xüsusiyyətlərindən bəhs edilsin. İştirakçıların hər biri təmsil olunduğu bölgədə mövcud istiqamətdəki vəziyyətə aydınlıq gətirsin, türkdilli media orqanlarının iş prinsiplərinə, yerli cəmiyyətlərdə oynadığı rola dair tanışlıq xarakterli məlumat səsləndirsin. Növbəti vacib cəhət kimi qlobal informasiya məkanına inteqrasiya proseslərində türkdilli media amilinə diqqət yetirməyi zəruri sayırıq”. Ə.Amaşov hesab edir ki, bu yöndə birgə əməkdaşlığın gücləndirilməsinə və perspektiv addımların müəyyənləşdirilməsinə ehtiyac var: “Son zamanlar sosial jurnalistikanın bütün dünyada rolu artmaqdadır. Çalışacağıq ki, yeni jurnalistikanın türkdilli media birliklərinin konsolidasiyası prosesinə hansı töhfə verə biləcəyi ətrafında da müzakirələr aparılsın. Nəhayət, tədbirdə Türkiyədə yaradılmış Türkdilli ölkələrin və toplumların Media Platformasının qarşıdakı fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılacaq və qurumun planları açıqlanacaq”,-deyə o əlavə edib. Forumun zəngin proqrama malik olduğunu deyən Ə.Amaşov tədbirin eyni zamanda Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə tanışlıq baxımlı detallarla zənginliyinə xüsusi diqqət yetirildiyini bildirib. O, forum üzrə iş planının oktyabrın 27-dən 30-dək olan müddəti əhatə edəcəyini qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-5014.html