Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Türkdilli ölkələrin və toplumların II Media Forumuna hazırlıq işləri yekunlaşmaq üzrədir
    “Türkdilli ölkələr və toplumların II Media Forumuna hazırlıq işləri davam edir. Tədbirə Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Rusiyanın türkdilli xalqlar yaşayan Tatarıstan, Başqırdıstan, Qaraçay-Çərkəz, Kabardin-Balkar, Tuva, Saxa respublikalarından, Ukraynanın Krım Muxtar Vilayətindən, Moldovanın Qaqauz Muxtar Ərazisindən, eləcə də Avropanın türklərlə bağlı və onların kampakt yaşadığı ölkələrindən media qurumları təmsilçilərinin qatılmaları nəzərdə tutulur. Artıq nümayəndələrin tam əksəriyyətinin forumda iştirakı təsdiqlənib və bununla əlaqədar zəruri prosedur işlər həyata keçirilib. Ümid edirik ki, türk dünyası üçün müstəsna əhəmiyyət daşıyacaq bu toplantının yüksək səviyyədə təşkilini reallaşdıra biləcəyik”.

    “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. MŞ sədri bildirib ki, Türkdilli ölkələrin və toplumların II Media Forumu rəhbərlik etdiyi qurum və Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə baş tutacaq. Toplantıda başlıca titul mövzu “Qloballaşan dünyada türkdilli media faktoru: fərqliliklər və ortaq maraqlar” olacaq. 60-a yaxın xarici qonağın qatılacağı tədbirdə iştirakçıların ümumi sayı 200-dən çoxdur. Diqqəti forumun iş planına yönəldən Ə.Amaşov həmçinin vurğulayıb ki, ilk dəfə olaraq türk dünyasından rekord sayda media nümayəndəsi bir yerə - Azərbaycana, ölkənin paytaxtı Bakıya toplaşacaq və bu, işimizin xüsusi əlamətdar cəhətlərindəndir. Onun sözlərinə görə, forum oktyabrın 28-i “Kempinski Hotel Badamdar” Kompleksində keçiriləcək: “Hazırda gündəliyin dəqiqləşdirilməsi istiqamətində işlərimizi yekunlaşdırmaqdayıq. Belə düşünürük ki, toplantıda ilk olaraq türk dünyasında medianın xarakterik xüsusiyyətlərindən bəhs edilsin. İştirakçıların hər biri təmsil olunduğu bölgədə mövcud istiqamətdəki vəziyyətə aydınlıq gətirsin, türkdilli media orqanlarının iş prinsiplərinə, yerli cəmiyyətlərdə oynadığı rola dair tanışlıq xarakterli məlumat səsləndirsin. Növbəti vacib cəhət kimi qlobal informasiya məkanına inteqrasiya proseslərində türkdilli media amilinə diqqət yetirməyi zəruri sayırıq”. Ə.Amaşov hesab edir ki, bu yöndə birgə əməkdaşlığın gücləndirilməsinə və perspektiv addımların müəyyənləşdirilməsinə ehtiyac var: “Son zamanlar sosial jurnalistikanın bütün dünyada rolu artmaqdadır. Çalışacağıq ki, yeni jurnalistikanın türkdilli media birliklərinin konsolidasiyası prosesinə hansı töhfə verə biləcəyi ətrafında da müzakirələr aparılsın. Nəhayət, tədbirdə Türkiyədə yaradılmış Türkdilli ölkələrin və toplumların Media Platformasının qarşıdakı fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılacaq və qurumun planları açıqlanacaq”,-deyə o əlavə edib. Forumun zəngin proqrama malik olduğunu deyən Ə.Amaşov tədbirin eyni zamanda Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə tanışlıq baxımlı detallarla zənginliyinə xüsusi diqqət yetirildiyini bildirib. O, forum üzrə iş planının oktyabrın 27-dən 30-dək olan müddəti əhatə edəcəyini qeyd edib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 397
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30