Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ədliyyə naziri Fikrət Məmmədov korrupsiyaya qarşı mübarizəyə həsr edilən forumda iştirak edib
24.10.11 19:52

Mərakeşdə Kral VI Məhəmmədin patronajı altında Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) 5-ci İllik Konfransı və Ümumi Yığıncağı keçirilib. Korrupsiyadan gəlirlərin qaytarılması və bu sahədə beynəlxalq əməkdaşlığın səmərəliliyinin artırılması kimi aktual məsələlərə həsr olunan konfransda Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədovun rəhbərliyi ilə nazirliyin və Baş Prokurorluğun məsul əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən veriblər. Konfransda 80 ölkədən olan 300-dən çox nümayəndə, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanları rəhbər şəxsləri iştirak edib. Forumda BMT-nin bütün aidiyyəti struktur qurumları, Korrupsiyaya qarşı Avropa təşkilatı (OLAF), Beynəlxalq Prokurorlar Assosiasiyasının və digər mötəbər beynəlxalq təşkilatların yüksək nümayəndələri çıxış ediblər. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi K.Əliyev konfransın əsas məruzəçilərindən biri kimi respublikamızda korrupsiyaya qarşı görülən hərtərəfli və effektiv tədbirlər barədə məlumat verib. Yığıncağın sonunda Azərbaycanın fəal iştirakı ilə hazırlanan təşkilatın gələcək fəaliyyətini müəyyən edən Strateji Proqram və Konfransın Bəyannaməsi qəbul edilib. Sənədlərdə korrupsiyaya qarşı qanunvericilik və institusional bazanın, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, anti-korrupsiya orqanlarının rolunun artırılması və treninqlərin təşviqi təsbit olunub. Konfrans çərçivəsində həmçinin Mərakeş, Çin, Avstriya, İrlandiya və s. ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirilib, əməkdaşlığın perspektivləri müzakirə olunub. Tədbirlərdə ölkəmizin Mərakeşdəki səfiri Sabir Ağabəyov iştirak edib. Qeyd edək ki, 140-dan çox dövləti birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) vitse-prezidenti ədliyyə naziri F.Məmmədovdur.
URL / WWW
http://kelam.az/article/a-5002.html