Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Ədliyyə naziri Fikrət Məmmədov korrupsiyaya qarşı mübarizəyə həsr edilən forumda iştirak edib
    Mərakeşdə Kral VI Məhəmmədin patronajı altında Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) 5-ci İllik Konfransı və Ümumi Yığıncağı keçirilib. Korrupsiyadan gəlirlərin qaytarılması və bu sahədə beynəlxalq əməkdaşlığın səmərəliliyinin artırılması kimi aktual məsələlərə həsr olunan konfransda Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədovun rəhbərliyi ilə nazirliyin və Baş Prokurorluğun məsul əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Ədliyyə Nazirliyinin mətbuat xidmətindən veriblər. Konfransda 80 ölkədən olan 300-dən çox nümayəndə, o cümlədən prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanları rəhbər şəxsləri iştirak edib.

    Forumda BMT-nin bütün aidiyyəti struktur qurumları, Korrupsiyaya qarşı Avropa təşkilatı (OLAF), Beynəlxalq Prokurorlar Assosiasiyasının və digər mötəbər beynəlxalq təşkilatların yüksək nümayəndələri çıxış ediblər. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi K.Əliyev konfransın əsas məruzəçilərindən biri kimi respublikamızda korrupsiyaya qarşı görülən hərtərəfli və effektiv tədbirlər barədə məlumat verib. Yığıncağın sonunda Azərbaycanın fəal iştirakı ilə hazırlanan təşkilatın gələcək fəaliyyətini müəyyən edən Strateji Proqram və Konfransın Bəyannaməsi qəbul edilib. Sənədlərdə korrupsiyaya qarşı qanunvericilik və institusional bazanın, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, anti-korrupsiya orqanlarının rolunun artırılması və treninqlərin təşviqi təsbit olunub. Konfrans çərçivəsində həmçinin Mərakeş, Çin, Avstriya, İrlandiya və s. ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirilib, əməkdaşlığın perspektivləri müzakirə olunub. Tədbirlərdə ölkəmizin Mərakeşdəki səfiri Sabir Ağabəyov iştirak edib. Qeyd edək ki, 140-dan çox dövləti birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) vitse-prezidenti ədliyyə naziri F.Məmmədovdur.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 400
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30