Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Ədəbiyyat » QARDAŞ
21.10.11 19:13

Qardaşım Kəbir Azəriyə ithaf edirəm

Günəş tək saçılıb, bulud tək doldun
Gül kimi açılıb, tezcə də soldun
Sən sözlə doğuldun, sözlə də öldün
Ey mənim qəlbimin parası qardaş.

Sən hələ gənc idin, çox azdı yaşın,
Bir bəla, müsibət görmədi başın,
Gözü yaşlı qaldı neçə yoldaşın,
Ey mənim qəlbimin parası qardaş.

Bu dəli hicrana dözə bilmirəm,
Kədər ümmanında üzə bilmirəm,
Dolana bilmirəm, gəzə bilmirəm,
Ey mənim qəlbimin parası qardaş.

Qaldı gözü yaşlı böyük qardaşın
Başıma mən salım haranın daşın?
Atanın, ananın gəl sil göz yaşın
Ey mənim qəlbimin  parası qardaş.

Bəhram MƏMMƏDOV
URL / WWW
http://kelam.az/article/a-4975.html