Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Hərbçilərimiz bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər
18.10.11 02:46

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər. Müdafiə Nazirliyinin nümayəndələri oktyabrın 17-dən 20-dək Cenevrədə SNT təlim və tədris mərkəzlərinin rəislərinin 12-ci illik konfransına, Azərbaycan-Çexiya İkitərəfli əməkdaşlıq planına əsasən oktyabrın 17-dən 21-dək Praqada Silahlandırma və hərbi texnologiyalar üzrə ekspertlərin işçi görüşünə, həmçinin kütləvi qırğın silahlarından müdafiə məsələləri üzrə ekspertlərin işçi görüşünə qatılacaqlar.Fərdi Tərəfdaşlıq Planına əlavə olaraq, oktyabrın 17-dən 21-dək Türkiyənin paytaxtı Ankarada “İnsan alverinə qarşı mübarizə” kursu, oktyabrın 18-dən 21-dək ABŞ-ın Rodayland şəhərində Beynəlxalq Dəniz Gücü Simpoziumu, Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən Çexiyanın Vişkov şəhərində oktyabrın 31-dən dekabrın 9-dək Çoxmillətli sülhü dəstəkləmə əməliyyatları üzrə təlimatçı hazırlığı kursu keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-4913.html