Hərbçilərimiz bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər.
Müdafiə Nazirliyinin nümayəndələri oktyabrın 17-dən 20-dək Cenevrədə SNT təlim və tədris mərkəzlərinin rəislərinin 12-ci illik konfransına, Azərbaycan-Çexiya İkitərəfli əməkdaşlıq planına əsasən oktyabrın 17-dən 21-dək Praqada Silahlandırma və hərbi texnologiyalar üzrə ekspertlərin işçi görüşünə, həmçinin kütləvi qırğın silahlarından müdafiə məsələləri üzrə ekspertlərin işçi görüşünə qatılacaqlar.
Fərdi Tərəfdaşlıq Planına əlavə olaraq, oktyabrın 17-dən 21-dək Türkiyənin paytaxtı Ankarada “İnsan alverinə qarşı mübarizə” kursu, oktyabrın 18-dən 21-dək ABŞ-ın Rodayland şəhərində Beynəlxalq Dəniz Gücü Simpoziumu, Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən Çexiyanın Vişkov şəhərində oktyabrın 31-dən dekabrın 9-dək Çoxmillətli sülhü dəstəkləmə əməliyyatları üzrə təlimatçı hazırlığı kursu keçiriləcək.