Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda “Dəyişən geosiyasi vəziyyətdə təhlükəsizlik: Qafqaz regionunda geosiyasi sabitlik” mövzusunda tədbir keçirilir
11.10.11 19:56

Bu gün Milli Məclisdə dünəndən strat götürən GUAM PA ilə Baltik Assambleyasının (BA) “Sərhədlər üzərində əlaqələrin qurulması” adlı Birgə Beynəlxalq Konfrans çərçivəsində “Dəyişən geosiyasi vəziyyətdə təhlükəsizlik: Qafqaz regionunda geosiyasi sabitlik” mövzusunda tədbir keçirilir. “KƏLAMİNFO” xəbər verir ki, tədbirə GUAM PA-da Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Əli Məsimli sədrlik edib. Ə.Məsimli bildirib ki, artıq dünya düzənində hadisələr sürətlənib, dəyişib. “Xüsusilə postsovet məkanında cərəyan edən proseslər üç il bundan öncə Gürcüstanda baş vermiş avqust hadisələrindən sonra öz istiqamətini dəyişib”,-deyə deputat vurğulayıb. Ə.Məsimli qeyd edib ki, artıq qlobal miqyasda yeni çağırışlar meydana gəlib. “Bunlar beynəlxalq terrorizmdən, separatizmdən, münaqişələrdən, kütləvi qırğın silahlarının yayılması təhlükəsindən, qlobal iqlim dəyişikliyindən, humanitar fəlakətlərdən və enerji şantajlarından irəli gələn çağırışlardır. Bunlar bu və ya digər dərəcədə bizim də regiona təsir etməkdədir. Artıq regional təhlükəsizlik qlobal şkala ilə ölçülməyə başlanıb. Yerləşdiyimiz region geosiyasi cəhətdən qeyri-sabit regionlardandır. Bizim regionda hələ də həll olunmamış, dondurulmuş münaqişələr var. Bunlar bizə ciddi problemlər yaradır. Bunlar beynəlxalq kommunikasiyalar üçün ciddi təhdiddir. Bunlar bu region ölkələri, xüsusilə də Azərbaycan və Gürcüstanın Avropaya inteqrasiyası üçün ciddi problemlər yaradır”,-deyə o, vurğulayıb. Toplantıda Baltik Assambleyasının Prezidenti, xanım Laine Randray isə deyib ki, Baltik ölkələri GUAM ölkələrinin əsl dostlarıdır. “Bu il təhlükəsizlik, qarşılıqlı əməkdaşlıq mövzusunda bir neçə görüşlər keçirmişik ki, nəticələri də uğurlu olub. Bu gün əsas məsələ təhlükəsizlik məsələsidir. SSRİ dağıldıqdan regionda gərginlik kifayət qədər artdı. İndi biz birləşib bunu aradan qaldırmalıyıq”,-deyə o, əlavə edib. Toplantı üzv ölkələrdən olan deputatların və ekspertlərin çıxışı ilə davam edib. Qeyd edək ki, günün sonunda “Sərhədlər üzərində əlaqələrin qurulması” adlı Birgə Beynəlxalq Konfransın yekunları ilə bağlı Qətnamənin də qəbul olunacağı gözlənilir.
URL / WWW
http://kelam.az/article/a-4834.html