Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Bakıda “Dəyişən geosiyasi vəziyyətdə təhlükəsizlik: Qafqaz regionunda geosiyasi sabitlik” mövzusunda tədbir keçirilir
    Bu gün Milli Məclisdə dünəndən strat götürən GUAM PA ilə Baltik Assambleyasının (BA) “Sərhədlər üzərində əlaqələrin qurulması” adlı Birgə Beynəlxalq Konfrans çərçivəsində “Dəyişən geosiyasi vəziyyətdə təhlükəsizlik: Qafqaz regionunda geosiyasi sabitlik” mövzusunda tədbir keçirilir. “KƏLAMİNFO” xəbər verir ki, tədbirə GUAM PA-da Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Əli Məsimli sədrlik edib. Ə.Məsimli bildirib ki, artıq dünya düzənində hadisələr sürətlənib, dəyişib. “Xüsusilə postsovet məkanında cərəyan edən proseslər üç il bundan öncə Gürcüstanda baş vermiş avqust hadisələrindən sonra öz istiqamətini dəyişib”,-deyə deputat vurğulayıb.

    Ə.Məsimli qeyd edib ki, artıq qlobal miqyasda yeni çağırışlar meydana gəlib. “Bunlar beynəlxalq terrorizmdən, separatizmdən, münaqişələrdən, kütləvi qırğın silahlarının yayılması təhlükəsindən, qlobal iqlim dəyişikliyindən, humanitar fəlakətlərdən və enerji şantajlarından irəli gələn çağırışlardır. Bunlar bu və ya digər dərəcədə bizim də regiona təsir etməkdədir. Artıq regional təhlükəsizlik qlobal şkala ilə ölçülməyə başlanıb. Yerləşdiyimiz region geosiyasi cəhətdən qeyri-sabit regionlardandır. Bizim regionda hələ də həll olunmamış, dondurulmuş münaqişələr var. Bunlar bizə ciddi problemlər yaradır. Bunlar beynəlxalq kommunikasiyalar üçün ciddi təhdiddir. Bunlar bu region ölkələri, xüsusilə də Azərbaycan və Gürcüstanın Avropaya inteqrasiyası üçün ciddi problemlər yaradır”,-deyə o, vurğulayıb. Toplantıda Baltik Assambleyasının Prezidenti, xanım Laine Randray isə deyib ki, Baltik ölkələri GUAM ölkələrinin əsl dostlarıdır. “Bu il təhlükəsizlik, qarşılıqlı əməkdaşlıq mövzusunda bir neçə görüşlər keçirmişik ki, nəticələri də uğurlu olub. Bu gün əsas məsələ təhlükəsizlik məsələsidir. SSRİ dağıldıqdan regionda gərginlik kifayət qədər artdı. İndi biz birləşib bunu aradan qaldırmalıyıq”,-deyə o, əlavə edib. Toplantı üzv ölkələrdən olan deputatların və ekspertlərin çıxışı ilə davam edib. Qeyd edək ki, günün sonunda “Sərhədlər üzərində əlaqələrin qurulması” adlı Birgə Beynəlxalq Konfransın yekunları ilə bağlı Qətnamənin də qəbul olunacağı gözlənilir.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 278
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30