Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Müasir Azərbaycan: dövrün baxışında” kitabının təqdimatı keçirilib
07.10.11 19:49

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Azərbycan” qəzetinin nəşr etdiyi “Müasir Azərbaycan: dövrün baxışında” adlı kitabın təqdimatı keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbiri açan “AzərTAc” Dövlət Teleqraf Agentliyinin baş direktoru Aslan Aslanov kitabın əhəmiyyətindən danışıb. O, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ideya müəllifi olduğu bu kitabın müasir Azərbaycan tarixini əhatə etdiyini deyib. Toplantıda Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, kitab Azərbaycanın müasir dövrünü tam əhatə edir. “Burada prezident İlham Əliyevin həyata keçirdiyi siyasi-iqtisadi islahatlar, ölkənin inkişafını göstərən konkret faktlar əksini tapıb. Faktlar geniş və hərtərəfli təhlil olunub” - deyə PA rəsmisi vurğulayıb. Ə.Həsənov kitabı çox dəyərli bir mənbə, fundamental, tarixi salnamə adlandırıb. Yeni Azərbaycan Partiyasının sədr müavini, millət vəkili Əli Əhmədov isə deyib ki, müasir Azərbaycan dövrün reallığının məhsuludur. “Həmçinin ümummilli lider, sabiq prezident Heydər Əliyevin titanik əməyinin nəticəsidir. Bu kontekstdə kitabda müxtəlif müəlliflərin yazıları toplanıb. Kitab 20 ildir müstəqil olan Azərbaycanın keçdiyi inkişaf yolunu və prioritetlərini göstərir” - deyə Ə.Əhmədov bildirib. Nəşri yüksək qiymətləndirən YAP sədr müavini onun araşdırmaçılar üçün mühüm mənbə olduğunu deyib. “Bu il müstəqilliyin 20 ili tamam olur. Müstəqillik hər bir xalqın yaşamaq, fəaliyyət göstərmək formasıdır. Eyni zamanda öz sərvətlərindən faydalanma formasıdır. Öz taleyini müəyyən etmək formasıdır. Azərbaycan müstəqil olduğu 20 ildə bütün bunların hamısını qazandı” - deyə o, əlavə edib. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə bildirib ki, kitab maraqlı, səlis və oxuculara yaxın dildə yazılıb. Kitab bugünkü Azərbaycanın real vəziyyətini, inkişafını və imkanlarını göstərir. “Bu gün Azərbaycanın bütün mədəniyyət məkanları tamamilə yenidən qurulur, müasirləşir və yeni nəslə xidmət etmək imkanlarına yiyələnir” - deyə nazir vurğulayıb. Mərasimdə “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov isə qeyd edib ki, 20 il tarix üçün kiçik dövrdür. “Amma 20 ildə görülən işlərə nəzər salsaq, əsrlərə bərabər işlərin görüldüyünün şahidi olarıq. Bu gün Azərbaycan müstəqil bir dövlətdir. Özünün hərbi, siyasi, iqtisadi, ərzaq təhlükəsizliyini müstəqil təmin edir. Bu gün biz gənc nəslə tariximizi, müstəqillik dövründə əldə etdiyimiz nailiyyətləri çatdırmalıyıq. Azərbaycan özünün müstəqilliyinin 30, 50, 100 illiyini qeyd edəcək. Amma biz o zaman da bu dövrə qayıdacağıq” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4787.html