Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Müasir Azərbaycan: dövrün baxışında” kitabının təqdimatı keçirilib
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Azərbycan” qəzetinin nəşr etdiyi “Müasir Azərbaycan: dövrün baxışında” adlı kitabın təqdimatı keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbiri açan “AzərTAc” Dövlət Teleqraf Agentliyinin baş direktoru Aslan Aslanov kitabın əhəmiyyətindən danışıb. O, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ideya müəllifi olduğu bu kitabın müasir Azərbaycan tarixini əhatə etdiyini deyib.

    Toplantıda Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, kitab Azərbaycanın müasir dövrünü tam əhatə edir. “Burada prezident İlham Əliyevin həyata keçirdiyi siyasi-iqtisadi islahatlar, ölkənin inkişafını göstərən konkret faktlar əksini tapıb. Faktlar geniş və hərtərəfli təhlil olunub” - deyə PA rəsmisi vurğulayıb. Ə.Həsənov kitabı çox dəyərli bir mənbə, fundamental, tarixi salnamə adlandırıb. Yeni Azərbaycan Partiyasının sədr müavini, millət vəkili Əli Əhmədov isə deyib ki, müasir Azərbaycan dövrün reallığının məhsuludur. “Həmçinin ümummilli lider, sabiq prezident Heydər Əliyevin titanik əməyinin nəticəsidir. Bu kontekstdə kitabda müxtəlif müəlliflərin yazıları toplanıb. Kitab 20 ildir müstəqil olan Azərbaycanın keçdiyi inkişaf yolunu və prioritetlərini göstərir” - deyə Ə.Əhmədov bildirib. Nəşri yüksək qiymətləndirən YAP sədr müavini onun araşdırmaçılar üçün mühüm mənbə olduğunu deyib. “Bu il müstəqilliyin 20 ili tamam olur. Müstəqillik hər bir xalqın yaşamaq, fəaliyyət göstərmək formasıdır. Eyni zamanda öz sərvətlərindən faydalanma formasıdır. Öz taleyini müəyyən etmək formasıdır. Azərbaycan müstəqil olduğu 20 ildə bütün bunların hamısını qazandı” - deyə o, əlavə edib. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə bildirib ki, kitab maraqlı, səlis və oxuculara yaxın dildə yazılıb. Kitab bugünkü Azərbaycanın real vəziyyətini, inkişafını və imkanlarını göstərir. “Bu gün Azərbaycanın bütün mədəniyyət məkanları tamamilə yenidən qurulur, müasirləşir və yeni nəslə xidmət etmək imkanlarına yiyələnir” - deyə nazir vurğulayıb. Mərasimdə “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov isə qeyd edib ki, 20 il tarix üçün kiçik dövrdür. “Amma 20 ildə görülən işlərə nəzər salsaq, əsrlərə bərabər işlərin görüldüyünün şahidi olarıq. Bu gün Azərbaycan müstəqil bir dövlətdir. Özünün hərbi, siyasi, iqtisadi, ərzaq təhlükəsizliyini müstəqil təmin edir. Bu gün biz gənc nəslə tariximizi, müstəqillik dövründə əldə etdiyimiz nailiyyətləri çatdırmalıyıq. Azərbaycan özünün müstəqilliyinin 30, 50, 100 illiyini qeyd edəcək. Amma biz o zaman da bu dövrə qayıdacağıq” - deyə o, əlavə edib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 278
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30