Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturunda yeni idarə yaradılacaq
06.10.11 21:26

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturunda elektron təhlükəsizlik idarəsinin yaradılması ilə bağlı hökumətə müraciət ünvanlanıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında RİTN-nin hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, idarənin yaradılmasında əsas məqsəd informasiya resurslarına olan təhlükələrin qarşısının alınmasıdır. “Budapeşt Konvensiyasının 34-cü maddəsinin birinci bəndində əks olunanlar bizim müraciətdə yer alıb” - deyə şöbə müdiri vurğulayıb. O, qeyd edir ki, son zamanlar informasiya resurslarında fırıldaqçılıq, başqa cinayətkarlıqlar da müşahidə edilir. “Bu baxımdan idarənin yaradılması vacibdir” - deyə o, əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-4776.html