Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturunda yeni idarə yaradılacaq
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturunda elektron təhlükəsizlik idarəsinin yaradılması ilə bağlı hökumətə müraciət ünvanlanıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında RİTN-nin hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov bildirib.
Onun sözlərinə görə, idarənin yaradılmasında əsas məqsəd informasiya resurslarına olan təhlükələrin qarşısının alınmasıdır. “Budapeşt Konvensiyasının 34-cü maddəsinin birinci bəndində əks olunanlar bizim müraciətdə yer alıb” - deyə şöbə müdiri vurğulayıb. O, qeyd edir ki, son zamanlar informasiya resurslarında fırıldaqçılıq, başqa cinayətkarlıqlar da müşahidə edilir. “Bu baxımdan idarənin yaradılması vacibdir” - deyə o, əlavə edib.