Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsabiqə və ümumi müsahibə elan edilib
04.10.11 19:45

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsabiqə və ümumi müsahibə elan edilib. DQMK-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, müsabiqəyə 73 dövlət orqanından 363 vakant vəzifə üzrə 456 vakant yer çıxarılıb. Müsabiqədə iştirak etmək istəyənlər namizədliklərinin qeydə alınması üçün oktyabrın 4-dən noyabrın 3-dək DQMK-nin internet saytı (www.csc.gov.az, və ya www.dqmk.gov.az ) vasitəsilə qeydiyyatdan keçməlidirlər. Ümumi müsahibəyə isə 10 dövlət orqanından 78 vakant vəzifə üzrə 79 vakant yer çıxarılıb. Ümumi müsahibəyə çıxarılan yerlər arasında 3 məhkəmə orqanından 3 vakant yer də var. Ümumi müsahibədə iştirak etmək istəyən vətəndaşlar isə oktyabrın 24-dək namizədliklərinin qeydə alınması üçün müvafiq sənədlərlə şəxsən və ya poçt vasitəsilə Komissiyaya müraciət etməlidirlər.
URL / WWW
http://kelam.az/article/a-4723.html