Vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsabiqə və ümumi müsahibə elan edilib
Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsabiqə və ümumi müsahibə elan edilib. DQMK-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, müsabiqəyə 73 dövlət orqanından 363 vakant vəzifə üzrə 456 vakant yer çıxarılıb.
Müsabiqədə iştirak etmək istəyənlər namizədliklərinin qeydə alınması üçün oktyabrın 4-dən noyabrın 3-dək DQMK-nin internet saytı (www.csc.gov.az, və ya www.dqmk.gov.az ) vasitəsilə qeydiyyatdan keçməlidirlər. Ümumi müsahibəyə isə 10 dövlət orqanından 78 vakant vəzifə üzrə 79 vakant yer çıxarılıb. Ümumi müsahibəyə çıxarılan yerlər arasında 3 məhkəmə orqanından 3 vakant yer də var. Ümumi müsahibədə iştirak etmək istəyən vətəndaşlar isə oktyabrın 24-dək namizədliklərinin qeydə alınması üçün müvafiq sənədlərlə şəxsən və ya poçt vasitəsilə Komissiyaya müraciət etməlidirlər.