Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Hər il Ermənistan Belarusdan, Ukraynadan, Çindən, İrandan, Yunanıstandan, Fransadan silah alır”
30.09.11 19:54

“Araşdırmalar göstərir ki, son vaxtlar Ermənistanın hərbi siyasi dairələrində Azərbaycanla silah yarışına girmək istəyində olanların sayı artıb”. Bu barədə “KƏLAMİNFO”ya hərbi ekspert Cəsur Sümərinli bildirib. O, qeyd edib ki, bu gün Ermənistanın müdafiə xərclər təxmini olaraq 400 milyon dollara yaxındır, amma qeyri-rəsmi olaraq bu xərclərin 600 milyon dollar olduğu bildirilir. “Bu vəsait hətta şişirdilmiş olsa belə, Ermənistanın silahlanma arzularının yerinə yetirilməsinə kifayət etmir. Belə olduqda postsovet məkanı ölkələrinə, xüsusilə də Rusiyaya əl açmaq məcburiyyəti ortaya çıxır. Xatırladaq ki, 2008-ci ildə Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah-sursat, hərbi texnika verdiyinə dair məlumatlar yayılmışdı. Bunlar təmənnasız dəstək idi”,-deyə C.Sümərinli vurğulayıb. Onun sözlərinə görə, bununla yanaşı, hər il Ermənistan Belarusdan, Ukraynadan, Çindən, İrandan, Yunanıstandan, Fransadan müəyyən silah, hərbi-texnika və avadanlıqlar alır. “Rusiyanın Ermənistana silah-sursat verməsi eyni zamanda bu ölkənin Gümrüdəki 102 saylı hərbi bazasının icarəyə verilməsi müddətinin uzadılması haqqında sənədə əsasən tənzimlənir. Sənədin 3-cü bəndi məhz buna həsr olunmuşdu. Bütün bunlara baxmayaraq, araşdırmalar göstərir ki, Ermənistan Silahlı Qüvvələri ciddi modernizasiyaya ehtiyac duyur və bu çərçivədə silah-sursat, hərbi texnikanın modernləşdirilməsi zərurəti var. Amma Ermənistanın iqtisadi imkanları bu istiqamətdə arzuları reallaşdırmağa çətin ki imkan versin. Rusiyanın bu istiqamətdə davamlı olaraq Ermənistana dəstək verəcəyi inandırıcı görünmür və son hərbi paradın gedişindən bunu görmək olardı”,-deyə ekspert əlavə edib. Ekspertin fikrincə, xüsusi olaraq Moldovadan Ermənistana ötürülən silah-sursata gəlincə isə, məncə rəsmi Bakı bu kimi hallara qarşı ciddi mübarizə aparmalıdır. “Moldova GUAM çərçivəsində Azərbaycanın aktiv tərəfdaşıdır və ərazi bütövlüyü baxımından demək olar ki, Azərbaycanın üzləşdiyi problemlərin oxşarını daşıyır”-deyə C.Sümərinli bildirib.
URL / WWW
http://kelam.az/article/a-4693.html