Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Hər il Ermənistan Belarusdan, Ukraynadan, Çindən, İrandan, Yunanıstandan, Fransadan silah alır”
    “Araşdırmalar göstərir ki, son vaxtlar Ermənistanın hərbi siyasi dairələrində Azərbaycanla silah yarışına girmək istəyində olanların sayı artıb”. Bu barədə “KƏLAMİNFO”ya hərbi ekspert Cəsur Sümərinli bildirib. O, qeyd edib ki, bu gün Ermənistanın müdafiə xərclər təxmini olaraq 400 milyon dollara yaxındır, amma qeyri-rəsmi olaraq bu xərclərin 600 milyon dollar olduğu bildirilir.

    “Bu vəsait hətta şişirdilmiş olsa belə, Ermənistanın silahlanma arzularının yerinə yetirilməsinə kifayət etmir. Belə olduqda postsovet məkanı ölkələrinə, xüsusilə də Rusiyaya əl açmaq məcburiyyəti ortaya çıxır. Xatırladaq ki, 2008-ci ildə Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah-sursat, hərbi texnika verdiyinə dair məlumatlar yayılmışdı. Bunlar təmənnasız dəstək idi”,-deyə C.Sümərinli vurğulayıb. Onun sözlərinə görə, bununla yanaşı, hər il Ermənistan Belarusdan, Ukraynadan, Çindən, İrandan, Yunanıstandan, Fransadan müəyyən silah, hərbi-texnika və avadanlıqlar alır. “Rusiyanın Ermənistana silah-sursat verməsi eyni zamanda bu ölkənin Gümrüdəki 102 saylı hərbi bazasının icarəyə verilməsi müddətinin uzadılması haqqında sənədə əsasən tənzimlənir. Sənədin 3-cü bəndi məhz buna həsr olunmuşdu. Bütün bunlara baxmayaraq, araşdırmalar göstərir ki, Ermənistan Silahlı Qüvvələri ciddi modernizasiyaya ehtiyac duyur və bu çərçivədə silah-sursat, hərbi texnikanın modernləşdirilməsi zərurəti var. Amma Ermənistanın iqtisadi imkanları bu istiqamətdə arzuları reallaşdırmağa çətin ki imkan versin. Rusiyanın bu istiqamətdə davamlı olaraq Ermənistana dəstək verəcəyi inandırıcı görünmür və son hərbi paradın gedişindən bunu görmək olardı”,-deyə ekspert əlavə edib. Ekspertin fikrincə, xüsusi olaraq Moldovadan Ermənistana ötürülən silah-sursata gəlincə isə, məncə rəsmi Bakı bu kimi hallara qarşı ciddi mübarizə aparmalıdır. “Moldova GUAM çərçivəsində Azərbaycanın aktiv tərəfdaşıdır və ərazi bütövlüyü baxımından demək olar ki, Azərbaycanın üzləşdiyi problemlərin oxşarını daşıyır”-deyə C.Sümərinli bildirib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 453
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30