Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “In Between” müasir Avstriya incəsənəti sərgisinə start verilib
29.09.11 19:38

Azərbaycan Milli İncəsənət Muzeyində “In Between” müasir Avstriya incəsənəti sərgisi açılıb. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, nazirliyin, Avstriya Təhsil, İncəsənət və Mədəniyyət Federal Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşəbbüsü ilə keçirilən sərgidə müasir Avstriya rəssamlıq sənətini təmsil edən 36 rəssamın 40-dan çox əsəri nümayiş etdirilir. Sərginin açılış mərasimində çıxış edən nazir Əbülfəs Qarayev bu günlər Azərbaycanın mədəni həyatının bir-birindən maraqlı tədbirlərlə zəngin olduğunu bildirib: “Dünya Turizm Günü ilə əlaqədar rəngarəng tədbirlərin keçirilməsi ilə eyni vaxtda 120 yerli, 35 xarici olmaqla, ümumilikdə, 25 ölkənin çap işi ilə məşğul olan qurumların təmsilçilərinin iştirak etdikləri II Bakı Beynəlxalq Kitab sərgi-yarmarkasının açılmasını, dost ölkənin rəssamlarının əsərlərindən ibarət “In Between” adlı müasir incəsənət sərgisinin açılmasını yüksək qiymətləndirirəm. Azərbaycanın və Avstriyanın birgə layihəsi olan bu sərgi ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da genişlənməsinə böyük töhfə verəcək”. Sərgidə iştirak edən Avstriyanın Azərbaycandakı səfiri xanım Silvia Mayer-Kaybiç təqdim olunan ekspozisiyaların müəlliflərinin yüksək bədii potensiala və onların Avstriyada və ya onun sərhədlərindən kənarda yaşamalarından asılı olmayaraq, dünyəvi proseslərdə baş verənlərə biganə qalmadıqlarını vurğulayıb: “Onlar Vyana və Berlində yaşayır, Tokio, Nyu-York, London və Şanxayda rəssamlarla işləyirlər. Gənc nəsil çox rahatlıqla dünya səyahətinə çıxır, nəinki Avropa, həmçinin “qlobal” mədəniyyətdən də ilhamlanırlar. Media əlaqələrinin sayəsində onlar geniş əlaqələr saxlayır, yaxın münasibətlər qurur və bu da Avstriyaya digər məkanlarda da olmağa imkan yaradır”. Qeyd edək ki, Avstriyanın “In Between” adlı müasir incəsənət sərgisi bir neçə əsas mövzuya toxunur. Bundan əlavə, ölkənin müasir incəsənətinin azad seçim və ya özünü ifadə etmənin üsullarından ibarət olan mövqelərini nümayiş etdirir. Xatırladaq ki, ölkəmizdə oktyabrın 14-dək davam edəcək “In Between” sərgisi indiyədək İsrail, Xorvatiya, Çernoqoriya, Kipr, Macarıstan, Türkiyə, Lixtenşteyn, Avstriya, Belçika və Litva və digər ölkələrdə nümayiş etdirilib və böyük uğur qazanıb.
URL / WWW
http://kelam.az/article/a-4685.html