Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “In Between” müasir Avstriya incəsənəti sərgisinə start verilib
    Azərbaycan Milli İncəsənət Muzeyində “In Between” müasir Avstriya incəsənəti sərgisi açılıb. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, nazirliyin, Avstriya Təhsil, İncəsənət və Mədəniyyət Federal Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşəbbüsü ilə keçirilən sərgidə müasir Avstriya rəssamlıq sənətini təmsil edən 36 rəssamın 40-dan çox əsəri nümayiş etdirilir.

    Sərginin açılış mərasimində çıxış edən nazir Əbülfəs Qarayev bu günlər Azərbaycanın mədəni həyatının bir-birindən maraqlı tədbirlərlə zəngin olduğunu bildirib: “Dünya Turizm Günü ilə əlaqədar rəngarəng tədbirlərin keçirilməsi ilə eyni vaxtda 120 yerli, 35 xarici olmaqla, ümumilikdə, 25 ölkənin çap işi ilə məşğul olan qurumların təmsilçilərinin iştirak etdikləri II Bakı Beynəlxalq Kitab sərgi-yarmarkasının açılmasını, dost ölkənin rəssamlarının əsərlərindən ibarət “In Between” adlı müasir incəsənət sərgisinin açılmasını yüksək qiymətləndirirəm. Azərbaycanın və Avstriyanın birgə layihəsi olan bu sərgi ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın daha da genişlənməsinə böyük töhfə verəcək”. Sərgidə iştirak edən Avstriyanın Azərbaycandakı səfiri xanım Silvia Mayer-Kaybiç təqdim olunan ekspozisiyaların müəlliflərinin yüksək bədii potensiala və onların Avstriyada və ya onun sərhədlərindən kənarda yaşamalarından asılı olmayaraq, dünyəvi proseslərdə baş verənlərə biganə qalmadıqlarını vurğulayıb: “Onlar Vyana və Berlində yaşayır, Tokio, Nyu-York, London və Şanxayda rəssamlarla işləyirlər. Gənc nəsil çox rahatlıqla dünya səyahətinə çıxır, nəinki Avropa, həmçinin “qlobal” mədəniyyətdən də ilhamlanırlar. Media əlaqələrinin sayəsində onlar geniş əlaqələr saxlayır, yaxın münasibətlər qurur və bu da Avstriyaya digər məkanlarda da olmağa imkan yaradır”. Qeyd edək ki, Avstriyanın “In Between” adlı müasir incəsənət sərgisi bir neçə əsas mövzuya toxunur. Bundan əlavə, ölkənin müasir incəsənətinin azad seçim və ya özünü ifadə etmənin üsullarından ibarət olan mövqelərini nümayiş etdirir. Xatırladaq ki, ölkəmizdə oktyabrın 14-dək davam edəcək “In Between” sərgisi indiyədək İsrail, Xorvatiya, Çernoqoriya, Kipr, Macarıstan, Türkiyə, Lixtenşteyn, Avstriya, Belçika və Litva və digər ölkələrdə nümayiş etdirilib və böyük uğur qazanıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 489
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30