Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Din xadimləri bəyanat qəbul etdilər
29.09.11 19:36

Bu gün Bakıda Azərbaycan və Rusiya din xadimləri və ilahiyyatçıları Azərbaycanın müstəqilliyini bərpa etməsinin 20-ci ildönümünə həsr olunmuş və Qafqazda ekstremizm ideologiyasının yayılmasının qarşısının alınması məsələlərinə dair konfrans keçirib. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə Azərbaycan və Rusiyanın din xadimləri, ənənəvi konfessiya rəhbərləri, ziyalılar və tanınmış ictimai xadimləri iştirak ediblər.Görüşdə müasir dönəmdə dinlərarası və konfessiyalararası qarşılıqlı münasibətlərə dair məsələlər, müstəqillik dövründə din və dövlət arasında əlaqələrin inkişafı, habelə din xadimləri, ziyalılar və ictimaiyyət nümayəndələrinin birgə səyləri ilə ekstremizm və terrorizm ideologiyasının yayılmasının qarşısının alınması ilə bağlı məsələlər müzakirə edilib. Görüşün yekunlarına dair Birgə Bəyanat qəbul edilib. Bəyanatda bildirilir ki, görüş iştirakçıları - Azərbaycan Respublikası və Rusiya Federasiyasının din xadimləri və ilahiyyatçıları - dinlər və konfessiyalar arasında qarşılıqlı ehtiramın qorunub saxlanması naminə tərəfdaşlığın dərinləşməsinə, terrorizm və ekstremizmin yayılmasının qarşısının alınmasına hazır olduğunu ifadə edərək birgə bəyanatla çıxış edir. “Biz siyasi, iqtisadi, sosial, dinlərarası, millətlərarası və digər problemlərin həll vasitəsi kimi terrorizm və zor işlədilməsini qətiyyətlə pisləyir və onun qəbuledilməz olduğunu bəyan edir, MDB-nin bütün əhalisini və dindarları terrorizmi, onun bütün təzahürlərini pisləməyə və bütün dinlərin sülhpərvər ehkamlarına birmənalı şəkildə əməl etməyə çağırırıq. Biz görüş iştirakçıları, zor, terrorizm və ekstremizmin heç bir təzahürünü qəbul etmir və bu səbəbdən Qafqazda, eləcə də MDB-nin digər regionlarında müharibələrin və terror aktlarının qarşısının alınması üçün hakimiyyəti və cəmiyyəti səylərini əsirgəməməyə çağırırıq. Biz bölgədə separatizm və terrorizmin yayılma ocağı olan Qarabağ probleminin sülh yolu ilə həllinə tərəfdarıq. Münaqişəli vəziyyətlər beynəlxalq hüququn müvafiq norma və sənədləri, ümumi qəbul edilmiş ərazi bütövlüyü prinsipi əsasında həll edilməlidir. Biz dünya ictimaiyyətinə müraciət edərək terrorçu və ekstremist qruplaşmalara heç bir mənəvi, maliyyə, hərbi-texniki yardım və dəstək göstərilməməyə çağırırıq” - deyə bəyanatda vurğulanır. Bəyanatda din xadimləri aşağıdakı praktik addımları atmağa hazırlaşdıqlarını deyirlər: 1. Yaxın və uzaq xaric ölkələrinin din xadimləri və ilahiyyatçılarının iştirakı ilə ekstremizm ideologiyasının, xüsusilə gənclərin arasında yayılmasının qarşısının alınması ilə bağlı təcrübə mübadiləsi məqsədilə ikitərəfli və çoxtərəfli görüşlər keçirilmək təcrübəsini davam etdirmək; 2. Gələcək beynəlxalq miqyaslı görüşlərin gedişində Moskva Dövlət Linqvistika Universitetinin Strateji Planlaşdırma və Təhlükəsizlik Problemləri üzrə Elmi-təhsil Mərkəzinin bazasında yeni qurum - terrorizm ideologiyasının, xüsusilə gənclər arasında yayılmasının qarşısının alınması məqsədilə vətəndaş cəmiyyəti təsisatlarının və dini konfessiyaların səylərinin konsolidasiyası üzrə Beynəlxalq Şura yaradılması imkanını nəzərdən keçirmək; 3. MDB-nin dövlət və dini tədris müəssisələrində dini ehkamların terrorizmə bəraət qazandırmaq üçün istifadəsinin yolverilməzliyi barədə və MDB dövlətlərində ekstremizm ideologiyasının yayılmasının qarşısının alınması məqsədilə mühazirə və seminarlar kursunun daxil edilməsini məqsədəuyğun hesab etmək; 4. Hər il Rusiyanın bölgələrində və MDB dövlətlərində müxtəlif konfessiyaların təmsilçisi olan din xadimlərinin iştirakı, gənclər təşkilatlarının cəlb olunması ilə terrorizmin profilaktikası və terrorizm ideologiyasının yayılmasının qarşısının alınmasına dair tədris, metodik ədəbiyyat və fotosənəd sərgiləri təşkil etmək; 5. Müxtəlif konfessiyalardan olan din xadimlərinə Moskva Dövlət Linqvistika Universitetinin Dini Təhsil üzrə Ali Təhsil müəssisələri arası Şurası nəzdində MDB çərçivəsində dinlərin qarşılıqlı əlaqələri probleminə dair Beynəlxalq Tədqiqat Konsorsiumu yaratmağı təklif etmək.
URL / WWW
http://kelam.az/article/a-4673.html