Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Din xadimləri bəyanat qəbul etdilər
    Bu gün Bakıda Azərbaycan və Rusiya din xadimləri və ilahiyyatçıları Azərbaycanın müstəqilliyini bərpa etməsinin 20-ci ildönümünə həsr olunmuş və Qafqazda ekstremizm ideologiyasının yayılmasının qarşısının alınması məsələlərinə dair konfrans keçirib. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə Azərbaycan və Rusiyanın din xadimləri, ənənəvi konfessiya rəhbərləri, ziyalılar və tanınmış ictimai xadimləri iştirak ediblər.

    Görüşdə müasir dönəmdə dinlərarası və konfessiyalararası qarşılıqlı münasibətlərə dair məsələlər, müstəqillik dövründə din və dövlət arasında əlaqələrin inkişafı, habelə din xadimləri, ziyalılar və ictimaiyyət nümayəndələrinin birgə səyləri ilə ekstremizm və terrorizm ideologiyasının yayılmasının qarşısının alınması ilə bağlı məsələlər müzakirə edilib. Görüşün yekunlarına dair Birgə Bəyanat qəbul edilib. Bəyanatda bildirilir ki, görüş iştirakçıları - Azərbaycan Respublikası və Rusiya Federasiyasının din xadimləri və ilahiyyatçıları - dinlər və konfessiyalar arasında qarşılıqlı ehtiramın qorunub saxlanması naminə tərəfdaşlığın dərinləşməsinə, terrorizm və ekstremizmin yayılmasının qarşısının alınmasına hazır olduğunu ifadə edərək birgə bəyanatla çıxış edir. “Biz siyasi, iqtisadi, sosial, dinlərarası, millətlərarası və digər problemlərin həll vasitəsi kimi terrorizm və zor işlədilməsini qətiyyətlə pisləyir və onun qəbuledilməz olduğunu bəyan edir, MDB-nin bütün əhalisini və dindarları terrorizmi, onun bütün təzahürlərini pisləməyə və bütün dinlərin sülhpərvər ehkamlarına birmənalı şəkildə əməl etməyə çağırırıq. Biz görüş iştirakçıları, zor, terrorizm və ekstremizmin heç bir təzahürünü qəbul etmir və bu səbəbdən Qafqazda, eləcə də MDB-nin digər regionlarında müharibələrin və terror aktlarının qarşısının alınması üçün hakimiyyəti və cəmiyyəti səylərini əsirgəməməyə çağırırıq. Biz bölgədə separatizm və terrorizmin yayılma ocağı olan Qarabağ probleminin sülh yolu ilə həllinə tərəfdarıq. Münaqişəli vəziyyətlər beynəlxalq hüququn müvafiq norma və sənədləri, ümumi qəbul edilmiş ərazi bütövlüyü prinsipi əsasında həll edilməlidir. Biz dünya ictimaiyyətinə müraciət edərək terrorçu və ekstremist qruplaşmalara heç bir mənəvi, maliyyə, hərbi-texniki yardım və dəstək göstərilməməyə çağırırıq” - deyə bəyanatda vurğulanır. Bəyanatda din xadimləri aşağıdakı praktik addımları atmağa hazırlaşdıqlarını deyirlər: 1. Yaxın və uzaq xaric ölkələrinin din xadimləri və ilahiyyatçılarının iştirakı ilə ekstremizm ideologiyasının, xüsusilə gənclərin arasında yayılmasının qarşısının alınması ilə bağlı təcrübə mübadiləsi məqsədilə ikitərəfli və çoxtərəfli görüşlər keçirilmək təcrübəsini davam etdirmək; 2. Gələcək beynəlxalq miqyaslı görüşlərin gedişində Moskva Dövlət Linqvistika Universitetinin Strateji Planlaşdırma və Təhlükəsizlik Problemləri üzrə Elmi-təhsil Mərkəzinin bazasında yeni qurum - terrorizm ideologiyasının, xüsusilə gənclər arasında yayılmasının qarşısının alınması məqsədilə vətəndaş cəmiyyəti təsisatlarının və dini konfessiyaların səylərinin konsolidasiyası üzrə Beynəlxalq Şura yaradılması imkanını nəzərdən keçirmək; 3. MDB-nin dövlət və dini tədris müəssisələrində dini ehkamların terrorizmə bəraət qazandırmaq üçün istifadəsinin yolverilməzliyi barədə və MDB dövlətlərində ekstremizm ideologiyasının yayılmasının qarşısının alınması məqsədilə mühazirə və seminarlar kursunun daxil edilməsini məqsədəuyğun hesab etmək; 4. Hər il Rusiyanın bölgələrində və MDB dövlətlərində müxtəlif konfessiyaların təmsilçisi olan din xadimlərinin iştirakı, gənclər təşkilatlarının cəlb olunması ilə terrorizmin profilaktikası və terrorizm ideologiyasının yayılmasının qarşısının alınmasına dair tədris, metodik ədəbiyyat və fotosənəd sərgiləri təşkil etmək; 5. Müxtəlif konfessiyalardan olan din xadimlərinə Moskva Dövlət Linqvistika Universitetinin Dini Təhsil üzrə Ali Təhsil müəssisələri arası Şurası nəzdində MDB çərçivəsində dinlərin qarşılıqlı əlaqələri probleminə dair Beynəlxalq Tədqiqat Konsorsiumu yaratmağı təklif etmək.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 444
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30