Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanda hərbi vəzifələrlə bağlı dəyişikliklər olacaq
29.09.11 14:02

Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsinə əlavə və dəyişikliklərdə hərbi vəzifələrlə bağlı yeni müddəalar var. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. O qeyd edib ki, bu, Azərbaycan Silahlı Qüvvələrində islahatların tərkib elementi kimi özünü göstərəcək. Onun sözlərinə görə, qanuna ediləcək dəyişikliklərdə ikinci zəruri məsələ möhlət hüququ ilə bağlıdır. “2008-ci ildə qanunda möhlət hüququ ilə bağlı imtiyazlar tamamilə ləğv olunub. O vaxt bu onunla izah olunurdu ki, 1988-94-cü illərdə ölkə müharibə şəraitində olduğu üçün ailə quranların sayı az olub və bu da o deməkdir ki, 2006-2012-ci illərdə dünyaya gələnlərin, xüsusilə oğlan uşaqlarının sayında da müəyyən dəyişiklər olur. Ona görə də o vaxt ordunun komplektləşdirilməsi üçün hərbi xidmətdən möhlət hüququ ilə bağlı imtiyazların ləğvi lazım idi” - deyə millət vəkili vurğulayıb. Z.Oruc bildirir ki, artıq bu dövr arxada qalıb. “Artıq ali məktəblərdə elm arxasınca gedənlərə möhlət hüququnun verilməsi özü zərurətə çevrilib. Çünki bu gün elmdə arası kəsilməzlik prinsipi pozulub, müəllimlər yaşca qocalıblar və gənclər azlıq təşkil edir. Bu gün təkcə Bakı Dövlət Universitetində magistraturaya qəbul olanların 87 faizi qızlardırsa, 17 faizi oğlanlardır. Bu o deməkdir ki, Azərbaycan elminin gələcək sferasında oğlanlar yox dərəcəsinə düşəcək. Bu məsələ də Ali Baş Komandan qarşısında qaldırıldı və ölkə başçısı da buna düzgün dəyər verdi. Onun tapşırığı ilə araşdırmalar aparıldı və möhlət hüququnun verilməsi zərurəti ortaya çıxdı” - deyə deputat bildirib. Z.Oruc deyir ki, Azərbaycanın hərbi sənayesinin əsasını kifayət qədər savadlı insanlar təşkil etməlidir. “Bu məsələ Təhlükəsizlik və müdafiə komitəsinin iclasında qaldırılıb, bir sıra millət vəkillərinin dəstəyini qazanıb və komitə rəhbərliyi magistrantlara möhlət hüququ verilməsi ilə bağlı müvafiq qurumlarla məsləhətləşmələr aparılacağını bildirib” - deyə o, əlavə edib. Onun sözlərinə görə, ümumilikdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsi bu sahədə bundan qabaq qəbul olunan qanunların ümumi toplusudur.
URL / WWW
http://kelam.az/article/a-4667.html