Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Azərbaycanda hərbi vəzifələrlə bağlı dəyişikliklər olacaq
    Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsinə əlavə və dəyişikliklərdə hərbi vəzifələrlə bağlı yeni müddəalar var. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. O qeyd edib ki, bu, Azərbaycan Silahlı Qüvvələrində islahatların tərkib elementi kimi özünü göstərəcək. Onun sözlərinə görə, qanuna ediləcək dəyişikliklərdə ikinci zəruri məsələ möhlət hüququ ilə bağlıdır. “2008-ci ildə qanunda möhlət hüququ ilə bağlı imtiyazlar tamamilə ləğv olunub. O vaxt bu onunla izah olunurdu ki, 1988-94-cü illərdə ölkə müharibə şəraitində olduğu üçün ailə quranların sayı az olub və bu da o deməkdir ki, 2006-2012-ci illərdə dünyaya gələnlərin, xüsusilə oğlan uşaqlarının sayında da müəyyən dəyişiklər olur.

    Ona görə də o vaxt ordunun komplektləşdirilməsi üçün hərbi xidmətdən möhlət hüququ ilə bağlı imtiyazların ləğvi lazım idi” - deyə millət vəkili vurğulayıb. Z.Oruc bildirir ki, artıq bu dövr arxada qalıb. “Artıq ali məktəblərdə elm arxasınca gedənlərə möhlət hüququnun verilməsi özü zərurətə çevrilib. Çünki bu gün elmdə arası kəsilməzlik prinsipi pozulub, müəllimlər yaşca qocalıblar və gənclər azlıq təşkil edir. Bu gün təkcə Bakı Dövlət Universitetində magistraturaya qəbul olanların 87 faizi qızlardırsa, 17 faizi oğlanlardır. Bu o deməkdir ki, Azərbaycan elminin gələcək sferasında oğlanlar yox dərəcəsinə düşəcək. Bu məsələ də Ali Baş Komandan qarşısında qaldırıldı və ölkə başçısı da buna düzgün dəyər verdi. Onun tapşırığı ilə araşdırmalar aparıldı və möhlət hüququnun verilməsi zərurəti ortaya çıxdı” - deyə deputat bildirib. Z.Oruc deyir ki, Azərbaycanın hərbi sənayesinin əsasını kifayət qədər savadlı insanlar təşkil etməlidir. “Bu məsələ Təhlükəsizlik və müdafiə komitəsinin iclasında qaldırılıb, bir sıra millət vəkillərinin dəstəyini qazanıb və komitə rəhbərliyi magistrantlara möhlət hüququ verilməsi ilə bağlı müvafiq qurumlarla məsləhətləşmələr aparılacağını bildirib” - deyə o, əlavə edib. Onun sözlərinə görə, ümumilikdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsi bu sahədə bundan qabaq qəbul olunan qanunların ümumi toplusudur.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 475
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30