Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanda 10 bal gücündə ehtimal edilən zəlzələ ocaqları var
28.09.11 20:08

Azərbaycanın bəzi ərazilərində 10 bal gücündə zəlzələ ocağının olduğu ehtimal edilən rayonlar var. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmiloji geodinamik tədqiqatlar şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru Tahir Məmmədli bir neçə ildir apardığı tədqiqatlara əsaslanaraq söyləyib. Onun sözlərinə görə, tədqiqatlar nəticəsində ehtimal olundu ki, Şamaxı, İsmayıllı, Siyəzən və Qəbələ zonasında 10 bal gücündə zəlzələ ola bilər. Lənkəran tərəfdə 8-9 bal gücündə zəlzələ ola bilər. Aran zonasında isə 7-8 ballıq olan ərazilər var. Qarabağ bölgəsində isə aktiv zəlzələ ocağı yoxdur. T.Məmmədli deyib ki, Azərbaycanda 80-ə yaxın zəlzələ ocağı var. T.Məmmədli həmçinin əlavə edib ki, Azərbaycanda qəbul edilən və hazırda fəaliyyətdə olan seysmik rayonlaşdırma xəritəsi doğru deyil. Əvvəlki xəritələrdə Azərbaycanda maksimum 8-9 bal gücündə zəlzələnin olması barədə məlumat verilib: “Bəziləri hesab edir ki, zəlzələlər 10-15 ildən bir yerini dəyişdiyi üçün xəritə də on-on beş ildən bir dəyişməlidir. Bu, doğru yanaşma deyil. Çünki zəlzələlər yerini dəyişmir. Sadəcə hazırlanan xəritələr özünü doğrultmadığı üçün dəyişməlidir. Belə ki, gözlənilən yerlərdə daha yüksək zəlzələ olduğu üçün yeni metod təklif edilir və buna görə də xəritə də dəyişməlidir”,-deyən T.Məmmədli qeyd edib ki, əslində seysmik rayonlaşdırma xəritəsi 1 dənə olmalıdır: “Məsələn mən bina tikirəm və onu 50 illiyə hesablayıram. Xəritə 15 ildən sonra dəyişəcəksə, mən 50 illiyə necə hesablaya bilərəm? Deməli, həmin xəritə səhvdir və özünü doğrultmur və buna görə də dəyişməlidir”. Bakı şəhərində tikilən hündürmərtəbəli binaların hansı xəritəyə əsasən tikildiyinə gəlincə, T.Məmmədli deyib ki, bu binalar əvvəlki xəritəyə əsasən tikilir: “Amma onu da deyim ki, apardığımız tədqiqatların nəticəsi olaraq, Bakı şəhərinin seysmik göstəricisi əvvəlki xəritə ilə uyğun gəlir. Yəni əvvəl qəbul edilən xəritədə də 8 baldır və bizdə də belə alındı”.
URL / WWW
http://kelam.az/article/a-4649.html