Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Azərbaycanda 10 bal gücündə ehtimal edilən zəlzələ ocaqları var
    Azərbaycanın bəzi ərazilərində 10 bal gücündə zəlzələ ocağının olduğu ehtimal edilən rayonlar var. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin Seysmiloji geodinamik tədqiqatlar şöbəsinin müdiri, geologiya-minerologiya elmləri doktoru Tahir Məmmədli bir neçə ildir apardığı tədqiqatlara əsaslanaraq söyləyib. Onun sözlərinə görə, tədqiqatlar nəticəsində ehtimal olundu ki, Şamaxı, İsmayıllı, Siyəzən və Qəbələ zonasında 10 bal gücündə zəlzələ ola bilər.

    Lənkəran tərəfdə 8-9 bal gücündə zəlzələ ola bilər. Aran zonasında isə 7-8 ballıq olan ərazilər var. Qarabağ bölgəsində isə aktiv zəlzələ ocağı yoxdur. T.Məmmədli deyib ki, Azərbaycanda 80-ə yaxın zəlzələ ocağı var. T.Məmmədli həmçinin əlavə edib ki, Azərbaycanda qəbul edilən və hazırda fəaliyyətdə olan seysmik rayonlaşdırma xəritəsi doğru deyil. Əvvəlki xəritələrdə Azərbaycanda maksimum 8-9 bal gücündə zəlzələnin olması barədə məlumat verilib: “Bəziləri hesab edir ki, zəlzələlər 10-15 ildən bir yerini dəyişdiyi üçün xəritə də on-on beş ildən bir dəyişməlidir. Bu, doğru yanaşma deyil. Çünki zəlzələlər yerini dəyişmir. Sadəcə hazırlanan xəritələr özünü doğrultmadığı üçün dəyişməlidir. Belə ki, gözlənilən yerlərdə daha yüksək zəlzələ olduğu üçün yeni metod təklif edilir və buna görə də xəritə də dəyişməlidir”,-deyən T.Məmmədli qeyd edib ki, əslində seysmik rayonlaşdırma xəritəsi 1 dənə olmalıdır: “Məsələn mən bina tikirəm və onu 50 illiyə hesablayıram. Xəritə 15 ildən sonra dəyişəcəksə, mən 50 illiyə necə hesablaya bilərəm? Deməli, həmin xəritə səhvdir və özünü doğrultmur və buna görə də dəyişməlidir”. Bakı şəhərində tikilən hündürmərtəbəli binaların hansı xəritəyə əsasən tikildiyinə gəlincə, T.Məmmədli deyib ki, bu binalar əvvəlki xəritəyə əsasən tikilir: “Amma onu da deyim ki, apardığımız tədqiqatların nəticəsi olaraq, Bakı şəhərinin seysmik göstəricisi əvvəlki xəritə ilə uyğun gəlir. Yəni əvvəl qəbul edilən xəritədə də 8 baldır və bizdə də belə alındı”.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 596
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30