Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Gənc Tamaşaçılar Teatrı yeni mövsümdə yeni tamaşalar səhnələşdirəcək
02.09.11 18:58

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 84-cü teatr mövsümünün başlanması ilə əlaqədar teatr kollektivinin iştirakı ilə geniş müşavirə keçirilib. Teatrın mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, müşavirəni teatrın rəhbəri, Əməkdar artist Mübariz Həmidov açaraq kollektivi məzuniyyətdən sonra işə başlaması və Müqəddəs Ramazan Bayramı münasibətilə təbrik edib. Daha sonra M.Həmidov 83-cü teatr mövsümdə teatrın fəaliyyəti və həmin ildə əldə olunan uğurları haqqında ətraflı məlumat verməklə bərabər, yeni - 84-cü teatr mövsümdə qarşıda duran vəzifələr və Bakıda keçiriləcək Beynəlxalq Teatr tədbirləri haqqında da ətraflı məlumat verib. Teatrın rəhbəri həmçinin qeyd edib ki, ilin sonunadək 3 yeni tamaşa hazırlanaraq teatrsevərlərə təqdim olunacaq. Mübariz Həmidov həmçinin məzuniyyət müddəti ərəfəsində ölkə başçısının sərəncamı ilə Fəxri adlara layiq görülmüş teatr əməkdaşlarını və sentyabrın 1-də ad günlərini qeyd edən aktyorları təbrik edib. Tədbirdə vurğulanıb ki, sentyabrın 15-də Gənc Tamaşaçılar Teatrının bir qrup üzvü yenicə təmirdən çıxmış Mingəçevir Dövlət Dram Teatrında baş tutacaq Azərbaycan Milli Peşəkar Dünyəvi Teatrın 139-cu mövsümünün açılışında iştirak edəcək. Teatrın direktoru əmək və icraçılıq, nizam-intizam işinin gücləndirilməsi, teatrda mövcud texniki avadanlıqların daha da güclü mühafizəsi və səmərəli istifadəsi haqqında da təklif və tövsiyələrini kollektivin nəzərinə çatdırıb. Qeyd edək ki, M.Həmidov teatrın kollektivinə yeni teatr mövsümündə uğurlar arzulayaraq, sentyabrın 24-dən kollektivin tamaşaçılarla görüşə gələcəyini bildirib. Xatırladaq ki, yeni mövsümün ilk premyerası xalq yazıçısı İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” tamaşası sentyabrın 25-də, saat 19:00-da oynanılacaq.
URL / WWW
http://kelam.az/article/a-4430.html