Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Gənc Tamaşaçılar Teatrı yeni mövsümdə yeni tamaşalar səhnələşdirəcək
    Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 84-cü teatr mövsümünün başlanması ilə əlaqədar teatr kollektivinin iştirakı ilə geniş müşavirə keçirilib. Teatrın mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, müşavirəni teatrın rəhbəri, Əməkdar artist Mübariz Həmidov açaraq kollektivi məzuniyyətdən sonra işə başlaması və Müqəddəs Ramazan Bayramı münasibətilə təbrik edib. Daha sonra M.Həmidov 83-cü teatr mövsümdə teatrın fəaliyyəti və həmin ildə əldə olunan uğurları haqqında ətraflı məlumat verməklə bərabər, yeni - 84-cü teatr mövsümdə qarşıda duran vəzifələr və Bakıda keçiriləcək Beynəlxalq Teatr tədbirləri haqqında da ətraflı məlumat verib. Teatrın rəhbəri həmçinin qeyd edib ki, ilin sonunadək 3 yeni tamaşa hazırlanaraq teatrsevərlərə təqdim olunacaq.

    Mübariz Həmidov həmçinin məzuniyyət müddəti ərəfəsində ölkə başçısının sərəncamı ilə Fəxri adlara layiq görülmüş teatr əməkdaşlarını və sentyabrın 1-də ad günlərini qeyd edən aktyorları təbrik edib. Tədbirdə vurğulanıb ki, sentyabrın 15-də Gənc Tamaşaçılar Teatrının bir qrup üzvü yenicə təmirdən çıxmış Mingəçevir Dövlət Dram Teatrında baş tutacaq Azərbaycan Milli Peşəkar Dünyəvi Teatrın 139-cu mövsümünün açılışında iştirak edəcək. Teatrın direktoru əmək və icraçılıq, nizam-intizam işinin gücləndirilməsi, teatrda mövcud texniki avadanlıqların daha da güclü mühafizəsi və səmərəli istifadəsi haqqında da təklif və tövsiyələrini kollektivin nəzərinə çatdırıb. Qeyd edək ki, M.Həmidov teatrın kollektivinə yeni teatr mövsümündə uğurlar arzulayaraq, sentyabrın 24-dən kollektivin tamaşaçılarla görüşə gələcəyini bildirib. Xatırladaq ki, yeni mövsümün ilk premyerası xalq yazıçısı İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” tamaşası sentyabrın 25-də, saat 19:00-da oynanılacaq.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 342
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30