Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Postsovet məkanında məktəb xərcləri
01.09.11 19:58

Postsovet ölkələri arasında ən bahalı dəftərxana malları Azərbaycandadır. “KƏLAMİNFO” “İqtisadi Forum” jurnalına istinadən bildirir ki, bizdə bir məktəbli üçün minimal dəst təxminən 47 manata başa gəlir. Oxşar dəsti Moldovada 40 manata, Qırğızıstanda 32 manata, Qazaxıstanda 27 manata, Rusiyada isə 19 manata almaq olar. Ən ucuz dəftərxana dəsti Ermənistan və Belarusdadır. Ermənistan məktəblisi dəftərxana malları üçün ən azı 16 manat ödəməlidir. Dəftər, qələm və karandaşın ən ucuz olduğu ölkə Belarusdur. Belorus məktəblisinin minimal xərci 12 manat təşkil edir. Ümumilikdə götürdükdə Ermənistan və Gürcüstan istisna olmaqla postsovet ölkələrində dəftərxana malları orta hesabla 5-10 faiz bahalaşıb. MDB ölkələrinin əksəriyyətində vahid məktəbli geyimi tətbiq edilir. Azərbaycan da bu ildən yeni məktəbli geyiminə keçir. Məktəbli geyimlərinin alınması üçün Rusiyalı valideynlər daha çox xərcə düşürlər. Rusiyada məktəbli geyiminin bir dəsti təxminən 110 manata başa gəlir. Qazaxıstanda bunun üçün 82 manat, Azərbaycanda isə 47 manat ödənilməlidir. Ukraynada bu geyimləri 41 manata, Belarusda 39 manata almaq olar. Yaxın qonşularımızda vəziyyət nisbətən yaxşıdır. Ermənistanda şagird geyimi 34 manatadır. Gürcüstanda isə məktəbli geyimləri 2 dəfə az - 16 manat təşkil edir. Dərsliklər hər il məktəblilərin baş ağrısına çevrilir. Azərbaycan və Qazaxıstanda dərsliklər pulsuz paylanacaq. Ermənistanda dərslikdən istifadəyə görə ödəniş nəzərdə tutulub. Bir kitabın illik icarə haqqı təxminən 82 qəpiyə başa gəlir. Moldovada ibtidai siniflər üçün pulsuz olan dərsliklər yuxarı sinif şagirdlərə pulla verilir. Qırgızıstanda kitabdan istifadəyə görə ödəniş haqqı 5 il öncə ləğv edilib. Qırgız şagirdi indi çatışmayan hər dərslik üçün təxminən 3 manat ödəməli olur. Gürcüstanda bir dərslik 4 manata, Rusiyada isə 5,5 manata satılır.
URL / WWW
http://kelam.az/article/a-4421.html