Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Postsovet məkanında məktəb xərcləri
    Postsovet ölkələri arasında ən bahalı dəftərxana malları Azərbaycandadır. “KƏLAMİNFO” “İqtisadi Forum” jurnalına istinadən bildirir ki, bizdə bir məktəbli üçün minimal dəst təxminən 47 manata başa gəlir. Oxşar dəsti Moldovada 40 manata, Qırğızıstanda 32 manata, Qazaxıstanda 27 manata, Rusiyada isə 19 manata almaq olar. Ən ucuz dəftərxana dəsti Ermənistan və Belarusdadır. Ermənistan məktəblisi dəftərxana malları üçün ən azı 16 manat ödəməlidir. Dəftər, qələm və karandaşın ən ucuz olduğu ölkə Belarusdur. Belorus məktəblisinin minimal xərci 12 manat təşkil edir. Ümumilikdə götürdükdə Ermənistan və Gürcüstan istisna olmaqla postsovet ölkələrində dəftərxana malları orta hesabla 5-10 faiz bahalaşıb.

    MDB ölkələrinin əksəriyyətində vahid məktəbli geyimi tətbiq edilir. Azərbaycan da bu ildən yeni məktəbli geyiminə keçir. Məktəbli geyimlərinin alınması üçün Rusiyalı valideynlər daha çox xərcə düşürlər. Rusiyada məktəbli geyiminin bir dəsti təxminən 110 manata başa gəlir. Qazaxıstanda bunun üçün 82 manat, Azərbaycanda isə 47 manat ödənilməlidir. Ukraynada bu geyimləri 41 manata, Belarusda 39 manata almaq olar. Yaxın qonşularımızda vəziyyət nisbətən yaxşıdır. Ermənistanda şagird geyimi 34 manatadır. Gürcüstanda isə məktəbli geyimləri 2 dəfə az - 16 manat təşkil edir. Dərsliklər hər il məktəblilərin baş ağrısına çevrilir. Azərbaycan və Qazaxıstanda dərsliklər pulsuz paylanacaq. Ermənistanda dərslikdən istifadəyə görə ödəniş nəzərdə tutulub. Bir kitabın illik icarə haqqı təxminən 82 qəpiyə başa gəlir. Moldovada ibtidai siniflər üçün pulsuz olan dərsliklər yuxarı sinif şagirdlərə pulla verilir. Qırgızıstanda kitabdan istifadəyə görə ödəniş haqqı 5 il öncə ləğv edilib. Qırgız şagirdi indi çatışmayan hər dərslik üçün təxminən 3 manat ödəməli olur. Gürcüstanda bir dərslik 4 manata, Rusiyada isə 5,5 manata satılır.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 340
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30