Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » ATİ-də təhsil haqlarının yüksək olmasına aydınlıq gətirildi
26.08.11 16:59

“Təhsil haqqının miqdarını ali məktəb özü müəyyənləşdirimir”. “KƏLAMİNFO” xəbər verir ki, bunu Azərbaycan Turizm İnstitutunun (ATİ) prorektoru Eldar Aslanov müəssisədə təhsil haqlarının yüksək olması ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, ali məktəbdə təhsil haqqının müəyyənləşdirilməsinin xüsusi mexanizmi var: “Bir bakalavr tələbəsi kurrikuluma görə 240 kredit toplayır. Burada ilk öncə bir kreditin ali məktəbə neçəyə başa gəlməsi hesablanır və bu məbləğ 240-a vurulur. Həmin məbləğ də 4 ilə bölünür. Burada nəzərə alınan daha bir məqam bu məbləğin müxtəlif ixtisaslar üçün ayrı-ayrı olmasıdır. Bu da onunla əlaqədardır ki, bəzi ixtisaslarda laboratoriya işləri, praktika günlərinin sayı çoxdur. Təbii ki, belə ixtisaslarda təhsil haqqı da yüksək olur. Bundan əlavə, ixtisasın cəlbediciliyi də burada önəmlidir. Çünki Azərbaycanda əmək bazarının potensial iştirakçısı olmaq istəyən gənclərdə müxtəlif ixtisaslara maraq da eyni deyil. Ona görə də biz təhsil haqqının miqdarını müəyyənləşdirib müvafiq qaydada Təhsil və Mədəniyyət və Turizm nazirliklərinə veririk. Onlar da Nazirlər Kabinetinə göndərir və son instansiya kimi NK təhsil haqqının miqdarını təsdiqləyir”. ATİ rəsmisi bildirib ki, iki il əvvəl ali təhsil müəssisələrinin maliyyələşdirilməsi mexanizmi ilə bağlı dövlət başçısının imzaladığı fərmanla ali təhsil müəssisələrində vauçer sistemi tətbiq olunur: “Dövlət, məsələn, turizm və hotelçilik üzrə nə qədər sifariş verəcəyini müəyyənləşdirir və bu say da Təhsil Nazirliyi və müvafiq sahə nazirliyi ilə razılaşdırılır. Tutaq ki, 50 yer müəyyənləşdirilir. Bu 50 yerin təhsil haqqını ali məktəbə dövlət verir. Qalan yerləri isə ali məktəb özü bazarın tələblərinə uyğun müəyyənləşdirir. Dövlət tələbənin təhsil haqqını 8 semestr, yəni 4 il üçün ödəyir. Əgər tələbə ali məktəbi bu müddət ərzində bitirə bilmirsə, 5, 6, yaxud daha çox müddət oxuyursa, qalan illərin təhsil haqqını özü ödəyir. Ödənişli təhsildə də qaydalar təxminən buna uyğundur. Kəsir yarandıqda bunu vermək üçün əlavə pul ödənməlidir. Bir müəllimə bir auditoriyanın dərsi verilirsə, ona 60 saatın pulu ödənir. Tələbə bu müddətdə qiymət ala bilmirsə, bu artıq onun öz günahıdır. Tələbə axşam və ya yay məktəbi formasında 60 saatlıq dərsə yenidən girirsə, onun pulunu da təkrar ödəməlidir. Tələbələr başa düşməlidirlər ki, bu gün təhsil yetərincə bahalı bir xərcdir. Bu artıq sosial haqq deyil, hüquqdur. Onlar təhsil haqqı ödənilən 60 saatın ərzində müəllimdən nə mümkünsə çox öyrənməyə çalışmalıdırlar. Əgər tələbə müəllimin tədrisindən narazıdırsa, onda onu dəyişdirmək hüququ da var. Belə hallar bizdə olub. Demək istədiyim odur ki, tələbələrin yaxşı təhsil alması üçün ATİ rəhbərliyi nə lazımdırsa, onu edir”.
URL / WWW
http://kelam.az/article/a-4403.html