Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    ATİ-də təhsil haqlarının yüksək olmasına aydınlıq gətirildi
    “Təhsil haqqının miqdarını ali məktəb özü müəyyənləşdirimir”. “KƏLAMİNFO” xəbər verir ki, bunu Azərbaycan Turizm İnstitutunun (ATİ) prorektoru Eldar Aslanov müəssisədə təhsil haqlarının yüksək olması ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, ali məktəbdə təhsil haqqının müəyyənləşdirilməsinin xüsusi mexanizmi var: “Bir bakalavr tələbəsi kurrikuluma görə 240 kredit toplayır. Burada ilk öncə bir kreditin ali məktəbə neçəyə başa gəlməsi hesablanır və bu məbləğ 240-a vurulur. Həmin məbləğ də 4 ilə bölünür.

    Burada nəzərə alınan daha bir məqam bu məbləğin müxtəlif ixtisaslar üçün ayrı-ayrı olmasıdır. Bu da onunla əlaqədardır ki, bəzi ixtisaslarda laboratoriya işləri, praktika günlərinin sayı çoxdur. Təbii ki, belə ixtisaslarda təhsil haqqı da yüksək olur. Bundan əlavə, ixtisasın cəlbediciliyi də burada önəmlidir. Çünki Azərbaycanda əmək bazarının potensial iştirakçısı olmaq istəyən gənclərdə müxtəlif ixtisaslara maraq da eyni deyil. Ona görə də biz təhsil haqqının miqdarını müəyyənləşdirib müvafiq qaydada Təhsil və Mədəniyyət və Turizm nazirliklərinə veririk. Onlar da Nazirlər Kabinetinə göndərir və son instansiya kimi NK təhsil haqqının miqdarını təsdiqləyir”. ATİ rəsmisi bildirib ki, iki il əvvəl ali təhsil müəssisələrinin maliyyələşdirilməsi mexanizmi ilə bağlı dövlət başçısının imzaladığı fərmanla ali təhsil müəssisələrində vauçer sistemi tətbiq olunur: “Dövlət, məsələn, turizm və hotelçilik üzrə nə qədər sifariş verəcəyini müəyyənləşdirir və bu say da Təhsil Nazirliyi və müvafiq sahə nazirliyi ilə razılaşdırılır. Tutaq ki, 50 yer müəyyənləşdirilir. Bu 50 yerin təhsil haqqını ali məktəbə dövlət verir. Qalan yerləri isə ali məktəb özü bazarın tələblərinə uyğun müəyyənləşdirir. Dövlət tələbənin təhsil haqqını 8 semestr, yəni 4 il üçün ödəyir. Əgər tələbə ali məktəbi bu müddət ərzində bitirə bilmirsə, 5, 6, yaxud daha çox müddət oxuyursa, qalan illərin təhsil haqqını özü ödəyir. Ödənişli təhsildə də qaydalar təxminən buna uyğundur. Kəsir yarandıqda bunu vermək üçün əlavə pul ödənməlidir. Bir müəllimə bir auditoriyanın dərsi verilirsə, ona 60 saatın pulu ödənir. Tələbə bu müddətdə qiymət ala bilmirsə, bu artıq onun öz günahıdır. Tələbə axşam və ya yay məktəbi formasında 60 saatlıq dərsə yenidən girirsə, onun pulunu da təkrar ödəməlidir. Tələbələr başa düşməlidirlər ki, bu gün təhsil yetərincə bahalı bir xərcdir. Bu artıq sosial haqq deyil, hüquqdur. Onlar təhsil haqqı ödənilən 60 saatın ərzində müəllimdən nə mümkünsə çox öyrənməyə çalışmalıdırlar. Əgər tələbə müəllimin tədrisindən narazıdırsa, onda onu dəyişdirmək hüququ da var. Belə hallar bizdə olub. Demək istədiyim odur ki, tələbələrin yaxşı təhsil alması üçün ATİ rəhbərliyi nə lazımdırsa, onu edir”.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 483
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30