Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Səhiyyə Nazirliyi partlayışla bağlı açıqlama yayıb
10.08.11 14:59

Hacıqabul rayonunda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində 13 nəfər yaralanıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Partlayışda yaralananlardan Şirvan rayon Xəstəxanasına aparılan 2 nəfərdən biri yolda dünyasını dəyişib, digər 11 yaralı isə Hacıqabul rayon xəstəxanasına çatdırılıb. Yaralılardan üçünün vəziyyəti yüngül olduğuna görə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar, onlar Gürcüstan vətəndaşıdır. 8 yaralı hazırda xəstəxanadadır. 1-nin vəziyyəti ağırdır. Sumqayıt sakini olan həmin yaralıya 3-cü dərəcəli texniki yanıq diaqnozu qoyulub.
URL / WWW
http://kelam.az/article/a-4255.html