Səhiyyə Nazirliyi partlayışla bağlı açıqlama yayıb
Hacıqabul rayonunda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində 13 nəfər yaralanıb. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Partlayışda yaralananlardan Şirvan rayon Xəstəxanasına aparılan 2 nəfərdən biri yolda dünyasını dəyişib, digər 11 yaralı isə Hacıqabul rayon xəstəxanasına çatdırılıb. Yaralılardan üçünün vəziyyəti yüngül olduğuna görə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar, onlar Gürcüstan vətəndaşıdır. 8 yaralı hazırda xəstəxanadadır. 1-nin vəziyyəti ağırdır. Sumqayıt sakini olan həmin yaralıya 3-cü dərəcəli texniki yanıq diaqnozu qoyulub.