Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Gürcüstanda III Elat Mədəniyyəti günləri keçirilib
29.07.11 02:22

“Borçalı” İctimai Cəmiyyətinin təşkilatçılığı ilə Gürcüstanın Dmanisi rayonunun Armudlu yaylasında III Elat Mədəniyyəti günləri keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, “Borçalı türklərinin elat mədəniyyəti günü” mövzusunda keçirilən tədbirdə Azərbaycan, Türkiyə və Gürcüstan ziyalıları iştirak edib. Tədbirdə çıxış edən “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli xatırladıb ki, Armudlu yaylasında 2009 və 2010-cu illərdə də eyni bayram təşkil edilib. Cəmiyyət sədri vurğulayıb ki, Gürcüstanla Azərbaycan tarix yaranandan və bu millətlər mövcud olandan bir-biri ilə qonşudurlar. Onun sözlərinə görə, bu illər ərzində hər iki xalq bir-birinə sevgi və sayğı şəraitində yaşayıb, həmçinin bütün zamanların ağrı-acılarına bərabər sinə gəriblər: “Bu gün Gürcüstan və Azərbaycan müstəqil dövlətdir. Hər iki ölkənin müstəqilliyinin əbədiləşdirilməsində, hər iki xalqın layiq olduğu daha firavan həyata qovuşmasında bu dostluğun əsas amil olduğunu düzgün dərk edən və bunu yüksək qiymətləndirən “Borçalı” İctimai Cəmiyyəti bu xalqların bir-birinə daha da yaxınlaşması yolunda çox uğurlu addımlar atır”. Z.Məmmədli Elat Mədəniyyəti günlərinin keçirilməsini soy-kökə, yurda olan sevgi kimi dəyərləndirib. Bu tədbirin özəlliyi barədə məlumat verən Z.Məmmədli iki qonşu dövlətin yaxınlaşmasını istəməyənlərə də bəzi mesajları göndərib. Z.Məmmədli bildirib ki, Gürcüstanda yaşayanlar bu ölkədə separatçılıq etməməlidir, onlar bu ölkəyə Vətən deməli, ona sahib çıxmalıdırlar: “Cənubi Qafqazda sülhün, əmin-amanlığın, birgə yaşayışın, tərəqqinin, demokratiyanın memarları biz olmalıyıq! Niyyətimiz çox safdır və bunu hamı bilməlidir. Biz Gürcüstan, Azərbaycan və Türkiyənin strateji tərəfdaşlığının daha da möhkəmlənməsi üçün nə qədər fədakarlıq varsa, onu edəcəyik”. Hazırda Azərbaycanda 9 min gürcü, qonşu ölkədə isə 700 minə yaxın azərbaycanlının yaşadığını diqqətə çatdıran Z.Məmmədli ölkəmizdə gürcülər üçün normal şərait yaradıldığını və onlara tolerant münasibət bəslənildiyini qeyd edib. Z.Məmmədli Gürcüstanda yaşayan azərbaycanlılara da eyni şərait və münasibətin yaradılmasının vacibliyini vurğulayıb. O, Elat Mədəniyyəti günlərində Azərbaycan və Gürcüstan prezidentlərinin də iştirak edəcəyinə ümid etdiyini dilə gətirib. Qeyd edək ki, açıq səma altında keçən və insanlara xoş əhval-ruhiyə bəxş edən tədbir bədii hissə ilə davam etdirilib.
URL / WWW
http://kelam.az/article/a-4141.html