Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Gürcüstanda III Elat Mədəniyyəti günləri keçirilib
    “Borçalı” İctimai Cəmiyyətinin təşkilatçılığı ilə Gürcüstanın Dmanisi rayonunun Armudlu yaylasında III Elat Mədəniyyəti günləri keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, “Borçalı türklərinin elat mədəniyyəti günü” mövzusunda keçirilən tədbirdə Azərbaycan, Türkiyə və Gürcüstan ziyalıları iştirak edib. Tədbirdə çıxış edən “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli xatırladıb ki, Armudlu yaylasında 2009 və 2010-cu illərdə də eyni bayram təşkil edilib. Cəmiyyət sədri vurğulayıb ki, Gürcüstanla Azərbaycan tarix yaranandan və bu millətlər mövcud olandan bir-biri ilə qonşudurlar. Onun sözlərinə görə, bu illər ərzində hər iki xalq bir-birinə sevgi və sayğı şəraitində yaşayıb, həmçinin bütün zamanların ağrı-acılarına bərabər sinə gəriblər: “Bu gün Gürcüstan və Azərbaycan müstəqil dövlətdir. Hər iki ölkənin müstəqilliyinin əbədiləşdirilməsində, hər iki xalqın layiq olduğu daha firavan həyata qovuşmasında bu dostluğun əsas amil olduğunu düzgün dərk edən və bunu yüksək qiymətləndirən “Borçalı” İctimai Cəmiyyəti bu xalqların bir-birinə daha da yaxınlaşması yolunda çox uğurlu addımlar atır”.

    Z.Məmmədli Elat Mədəniyyəti günlərinin keçirilməsini soy-kökə, yurda olan sevgi kimi dəyərləndirib. Bu tədbirin özəlliyi barədə məlumat verən Z.Məmmədli iki qonşu dövlətin yaxınlaşmasını istəməyənlərə də bəzi mesajları göndərib. Z.Məmmədli bildirib ki, Gürcüstanda yaşayanlar bu ölkədə separatçılıq etməməlidir, onlar bu ölkəyə Vətən deməli, ona sahib çıxmalıdırlar: “Cənubi Qafqazda sülhün, əmin-amanlığın, birgə yaşayışın, tərəqqinin, demokratiyanın memarları biz olmalıyıq! Niyyətimiz çox safdır və bunu hamı bilməlidir. Biz Gürcüstan, Azərbaycan və Türkiyənin strateji tərəfdaşlığının daha da möhkəmlənməsi üçün nə qədər fədakarlıq varsa, onu edəcəyik”. Hazırda Azərbaycanda 9 min gürcü, qonşu ölkədə isə 700 minə yaxın azərbaycanlının yaşadığını diqqətə çatdıran Z.Məmmədli ölkəmizdə gürcülər üçün normal şərait yaradıldığını və onlara tolerant münasibət bəslənildiyini qeyd edib. Z.Məmmədli Gürcüstanda yaşayan azərbaycanlılara da eyni şərait və münasibətin yaradılmasının vacibliyini vurğulayıb. O, Elat Mədəniyyəti günlərində Azərbaycan və Gürcüstan prezidentlərinin də iştirak edəcəyinə ümid etdiyini dilə gətirib. Qeyd edək ki, açıq səma altında keçən və insanlara xoş əhval-ruhiyə bəxş edən tədbir bədii hissə ilə davam etdirilib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 515
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30