Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Xosep Antonio Duran: “Ümid edirik ki, yaxın vaxtlarda İspaniyanın Bakıda səfirliyi açılacaq”
28.07.11 01:30

Azərbaycanda səfərdə olan İspaniya Krallığı Konqresinin Xarici əlaqələr Komitəsinin sədri Xosep Antonio Duran Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovla görüşüb. Parlamentdən “KƏLAMİNFO”ya verilən məlumata görə, Ziyafət Əsgərov Milli Məclisin fəaliyyəti, tərkibi, ölkənin seçki sistemi barədə qonaqlara ətraflı məlumat verib. Bildirib ki, parlamentdə 125 deputat var və onlar 11 komitədə qanunvericilik fəaliyyəti ilə məşğul olurlar. Milli Məclisdə xarici ölkələrlə 70-dən çox dostluq qrupu fəaliyyət göstərir və bu qruplar parlamentlərarası əlaqələrin inkişafında mühüm rol oynayırlar. Bildirilib ki, Azərbaycan ilə İspaniya arasında ikitərəfli əlaqələrin inkişafı üçün geniş imkanlar var. “Ölkələrimiz arasında bir neçə vacib sənəd imzalanıb, daha bir neçə sənəd isə imzalanmaq üçün hazırlanır.” Z.Əsgərov qeyd edib ki, ispaniyalı deputatların ölkəmizə səfəri ikitərəfli əməkdaşlığımızın daha da genişlənməsi və bir-birimizi daha yaxından tanımağımız baxımından çox vacibdir. “Düşünürəm ki, bu səfər də olduqca uğurlu olacaq və münasibətlərimizin yüksək səviyyəyə çatmasına təkan verəcək” - deyə vitse-spiker vurğulayıb. Z.Əsgərov Azərbaycanın üzləşdiyi ən ağrılı problem, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib, münaqişənin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini qonaqların diqqətinə çatdırıb. Görüşdə Xosep Antonio Duran bildirib ki, Azərbaycan zəngin təbii ehtiyatlara malikdir və sürətlə inkişaf edir: “İspaniya Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır və ümid edirik ki, yaxın vaxtlarda Bakıda bizim səfirliyimiz açılacaq”. Görüşdə iki ölkə arasında elm, təhsil, mədəniyyət, iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığın inkişaf perspektivləri, deputatların qarşılıqlı səfərlərinin təşkili, qanunvericilik sahəsində təcrübə mübadiləsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
URL / WWW
http://kelam.az/article/a-4130.html