Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Xosep Antonio Duran: “Ümid edirik ki, yaxın vaxtlarda İspaniyanın Bakıda səfirliyi açılacaq”
    Azərbaycanda səfərdə olan İspaniya Krallığı Konqresinin Xarici əlaqələr Komitəsinin sədri Xosep Antonio Duran Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovla görüşüb. Parlamentdən “KƏLAMİNFO”ya verilən məlumata görə, Ziyafət Əsgərov Milli Məclisin fəaliyyəti, tərkibi, ölkənin seçki sistemi barədə qonaqlara ətraflı məlumat verib. Bildirib ki, parlamentdə 125 deputat var və onlar 11 komitədə qanunvericilik fəaliyyəti ilə məşğul olurlar. Milli Məclisdə xarici ölkələrlə 70-dən çox dostluq qrupu fəaliyyət göstərir və bu qruplar parlamentlərarası əlaqələrin inkişafında mühüm rol oynayırlar. Bildirilib ki, Azərbaycan ilə İspaniya arasında ikitərəfli əlaqələrin inkişafı üçün geniş imkanlar var. “Ölkələrimiz arasında bir neçə vacib sənəd imzalanıb, daha bir neçə sənəd isə imzalanmaq üçün hazırlanır.”

    Z.Əsgərov qeyd edib ki, ispaniyalı deputatların ölkəmizə səfəri ikitərəfli əməkdaşlığımızın daha da genişlənməsi və bir-birimizi daha yaxından tanımağımız baxımından çox vacibdir. “Düşünürəm ki, bu səfər də olduqca uğurlu olacaq və münasibətlərimizin yüksək səviyyəyə çatmasına təkan verəcək” - deyə vitse-spiker vurğulayıb. Z.Əsgərov Azərbaycanın üzləşdiyi ən ağrılı problem, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verib, münaqişənin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini qonaqların diqqətinə çatdırıb. Görüşdə Xosep Antonio Duran bildirib ki, Azərbaycan zəngin təbii ehtiyatlara malikdir və sürətlə inkişaf edir: “İspaniya Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır və ümid edirik ki, yaxın vaxtlarda Bakıda bizim səfirliyimiz açılacaq”. Görüşdə iki ölkə arasında elm, təhsil, mədəniyyət, iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığın inkişaf perspektivləri, deputatların qarşılıqlı səfərlərinin təşkili, qanunvericilik sahəsində təcrübə mübadiləsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 476
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30