Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Təmiz şəhər” təmizlik dərsləri keçir
27.07.11 03:27

“Təmiz Şəhər” ASC ictimai ekoloji təlim-tərbiyə işlərinin aparılması, təhsil müəssisələrində mühazirələrin oxunması, sakinlərlə görüşlərin təşkil edilməsi və ətraf mühitin mühafizəsi sahəsində insanların biliklərinin artırılmasını davam etdirir. “KƏLAMİNFO”ya ASC-dən verilən məlumatda bu məqsədlə 2011-ci ilin ilk yarısında həyata keçirilən tədbirlər öz əksini tapıb. Bildirilir ki, ASC-nin Ətraf Mühitin Mühafizəsi şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan Dövlət Neft Akademiyasında TEMPUS proqramı çərçivəsində “Ətraf mühit və neft sənayesi” istiqaməti üzrə magistratura pilləsində təhsil alan tələbələrə tullantıların idarə edilməsi mövzusunda mühazirələr oxunub. Hesabat dövründə “Təmiz Şəhər” ASC-nin ofisində fəaliyyət göstərən Tullantıların İdarə Edilməsi üzrə Məlumat və Resurs Mərkəzi bazasında tələbə və jurnalistlər üçün “Bərk məişət tullantılarının idarə edilməsi” mövzusunda təlim-tədris kursları təşkil edilib. Təlimlərdə iştirak edən tələbə və jurnalistlər üçün tullantıların idarə edilməsi sahəsində mövcud qanunvericilik bazası, tullantılarının emalı sahəsində müasir texnologiyaların tətbiqi və digər aidiyyəti mövzularda mühazirələr oxunub. Həmçinin “Təmiz Şəhər” ASC-nin “İçərişəhər” ərazisində tullantıların çeşidlənməsi və “Təmiz Qala” ilk pilot layihəsi çərçivəsində Qala qəsəbəsi ərazisində tullantıların müasir üsulla çeşidlənmiş şəkildə toplanması, daşınması və zərərsizləşdirilməsi prosesində ictimai maarifləndirmə və təşviqat işləri aparılıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC tərəfindən Qala qəsəbəsində 2010-cu ildən başlayaraq “Təmiz Qala” layihəsinin uğurlu icrasını və əhalinin layihədə fəal iştirakını təmin etmək üçün geniş təşviqat və maarifləndirmə proqramı həyata keçirilir. Bundan başqa, cari ilin aprel-iyun aylarında Qala qəsəbəsində əsas məşğuliyyət növünün kənd təsərrüfatı olması nəzərə almaqla “Kompost” layihəsi reallaşdırılıb. Tullantılardan təbii gübrənin əldə edilməsi və kənd təsərrüfatına dəstək, tullantı həcminin azalması məqsədi ilə əhali arasında söhbətlər aparılıb, gübrənin əldə edilməsini əyani göstərmək üçün kompost qutuları “Təmiz Şəhər” ASC tərəfindən hazırlanaraq qəsəbə ərazisində yaşayan pilot evlərə paylanıb. “İçərişəhər”də də oxşar maarifləndirmə işləri aparılıb. Belə ki, “İçərişəhər” sakinləri və orada fəaliyyət göstərən müəssisə nümayəndələri ilə mütəmadi çay məclisləri təşkil olunub, ASC-nin nümayəndələri “İçərişəhər”də yerləşən bütün ev və müəssisələri dolaşaraq sakinlər və müəssisə nümayəndələri ilə görüşüb, maarifləndirici söhbətlər aparıb, sakinlərə izahedici buklet və digər təşviqat materialları təqdim edilib, vaxtaşırı uşaq görüşləri və ekoloji oyunlar təşkil edilib.
URL / WWW
http://kelam.az/article/a-4126.html