Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Təmiz şəhər” təmizlik dərsləri keçir
    “Təmiz Şəhər” ASC ictimai ekoloji təlim-tərbiyə işlərinin aparılması, təhsil müəssisələrində mühazirələrin oxunması, sakinlərlə görüşlərin təşkil edilməsi və ətraf mühitin mühafizəsi sahəsində insanların biliklərinin artırılmasını davam etdirir. “KƏLAMİNFO”ya ASC-dən verilən məlumatda bu məqsədlə 2011-ci ilin ilk yarısında həyata keçirilən tədbirlər öz əksini tapıb. Bildirilir ki, ASC-nin Ətraf Mühitin Mühafizəsi şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan Dövlət Neft Akademiyasında TEMPUS proqramı çərçivəsində “Ətraf mühit və neft sənayesi” istiqaməti üzrə magistratura pilləsində təhsil alan tələbələrə tullantıların idarə edilməsi mövzusunda mühazirələr oxunub.

    Hesabat dövründə “Təmiz Şəhər” ASC-nin ofisində fəaliyyət göstərən Tullantıların İdarə Edilməsi üzrə Məlumat və Resurs Mərkəzi bazasında tələbə və jurnalistlər üçün “Bərk məişət tullantılarının idarə edilməsi” mövzusunda təlim-tədris kursları təşkil edilib. Təlimlərdə iştirak edən tələbə və jurnalistlər üçün tullantıların idarə edilməsi sahəsində mövcud qanunvericilik bazası, tullantılarının emalı sahəsində müasir texnologiyaların tətbiqi və digər aidiyyəti mövzularda mühazirələr oxunub. Həmçinin “Təmiz Şəhər” ASC-nin “İçərişəhər” ərazisində tullantıların çeşidlənməsi və “Təmiz Qala” ilk pilot layihəsi çərçivəsində Qala qəsəbəsi ərazisində tullantıların müasir üsulla çeşidlənmiş şəkildə toplanması, daşınması və zərərsizləşdirilməsi prosesində ictimai maarifləndirmə və təşviqat işləri aparılıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC tərəfindən Qala qəsəbəsində 2010-cu ildən başlayaraq “Təmiz Qala” layihəsinin uğurlu icrasını və əhalinin layihədə fəal iştirakını təmin etmək üçün geniş təşviqat və maarifləndirmə proqramı həyata keçirilir. Bundan başqa, cari ilin aprel-iyun aylarında Qala qəsəbəsində əsas məşğuliyyət növünün kənd təsərrüfatı olması nəzərə almaqla “Kompost” layihəsi reallaşdırılıb. Tullantılardan təbii gübrənin əldə edilməsi və kənd təsərrüfatına dəstək, tullantı həcminin azalması məqsədi ilə əhali arasında söhbətlər aparılıb, gübrənin əldə edilməsini əyani göstərmək üçün kompost qutuları “Təmiz Şəhər” ASC tərəfindən hazırlanaraq qəsəbə ərazisində yaşayan pilot evlərə paylanıb. “İçərişəhər”də də oxşar maarifləndirmə işləri aparılıb. Belə ki, “İçərişəhər” sakinləri və orada fəaliyyət göstərən müəssisə nümayəndələri ilə mütəmadi çay məclisləri təşkil olunub, ASC-nin nümayəndələri “İçərişəhər”də yerləşən bütün ev və müəssisələri dolaşaraq sakinlər və müəssisə nümayəndələri ilə görüşüb, maarifləndirici söhbətlər aparıb, sakinlərə izahedici buklet və digər təşviqat materialları təqdim edilib, vaxtaşırı uşaq görüşləri və ekoloji oyunlar təşkil edilib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 550
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30