Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan türkiyəli jurnalistlərlə görüşüb
21.07.11 02:24

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan Türkiyənin bir sıra aparıcı qəzetlərinin nümayəndələri ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, nazir Azərbaycan-Türkiyə tərəfdaşlığının güclənməsində medianın mühüm rolunu vurğulayıb. Qeyd olunub ki, ölkəmizin tarix və mədəniyyətinin təbliği, Azərbaycan həqiqətlərinin dünyaya doğru-düzgün çatdırılmasında kütləvi informasiya vasitələrinin fəaliyyəti böyük önəm kəsb edir. Azərbaycanın regionda ən inkişaf etmiş ölkə olduğunu qeyd edən nazir Azərbaycan-Türkiyə arasında mədəniyyət və turizm sahəsində əlaqələrin genişlənməsindən söhbət açıb. Xüsusilə ölkəmizdə turizmin inkişafına türkiyəli mütəxəssislərin mühüm töhfə verdiyini vurğulayıb: “Bu yaxınlarda Bakıda Türkiyənin aparıcı turizm qurumlarının rəhbərləri ilə görüş keçirildi. Azərbaycanda turizm sisteminin təkmilləşməsində Türkiyənin rolunu yüksək qiymətləndiririk. Hazırda ölkəmizdə hotel sahəsində çoxlu sayda türkiyəli mütəxəssis çalışır”. Nazir Azərbaycanda dünya miqyaslı mədəniyyət tədbirlərinin həyata keçirilməsinə böyük önəm verildiyini deyib. Bu ilin martında Bakıda keçirilən beynəlxalq muğam festivalı, apreldə gerçəkləşən Dünya Mədəniyyətlərarası Dialoq Forumu, hazırda Qəbələ şəhərində keçirilən III Beynəlxalq musiqi festivalı və digər irimiqyaslı tədbirlər barədə türkiyəli jurnalistlərə məlumat verilib. Daha sonra nazir Ermənistanın ölkəmizə hərbi təcavüzdən danışaraq bu təcavüzün Azərbaycanın mədəniyyətinə, incəsənətinə də qarşı yönəldiyini qeyd edib. Ermənilərin milli musiqimizi, tarixi abidələrimizi, hətta milli yeməklərimizi öz adlarına çıxmağa çalışdıqlarını nəzərə çatdırıb. Türkiyəli jurnalistlər erməni təcavüzünə məruz qalmış tarixi abidələrimizin vəziyyəti barədə bilgi alıblar. Qardaş ölkənin media təmsilçiləri, həmçinin Azərbaycana gələn turistlərin sayı, turizm sektorunda gedən proseslər, həmçinin 2012-ci ildə Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsinə hazırlıqla bağlı görülən işlərlə maraqlanıblar.
URL / WWW
http://kelam.az/article/a-4097.html